İlham Əliyev İtaliya Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

02 noyabr 2017, 16:00

Prezident İlham Əliyev  İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta ölkəmizə səfərinin səmərəli və maraqlı keçdiyini və bunun Azərbaycan ilə dostluğun möhkəmləndirilməsi baxımından önəmli olduğunu qeyd etdi.

Enerji sektorunun ölkələrimiz arasında əməkdaşlıq üçün ən əsas sahə olduğunu deyən Linda Lanzillotta TAP layihəsinə ölkəsinin sadiqliyini vurğuladı və əminliklə bildirdi ki, bu, həm də Azərbaycan ilə İtaliya arasında əlaqələrin genişləndirilməsi üçün çox əhəmiyyətlidir.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərə toxunan qonaq İtaliyanın ölkəmizin infrastruktur, kənd təsərrüfatı sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu dedi. “Milan Expo-2015” sərgisini xatırlayan Linda Lanzillotta bu sərgidə Azərbaycan pavilyonunun çox böyük maraqla qarşılandığını və yüksək qiymətləndirildiyini bildirdi.

Prezident İlham Əliyev uğurla inkişaf edən İtaliya-Azərbaycan ikitərəfli əlaqələrinə ölkəmizin böyük önəm verdiyini dedi və İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayaraq burada neft ixracının başlıca rol oynadağını xüsusi qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində TAP layihəsinin böyük əhəmiyyət daşıdığını dedi və bu layihənin qrafikə uyğun olaraq uğurla icra edildiyini və işlərin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, Cənub Qaz Dəhlizinin digər hissələrində, o cümlədən “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəmərində işlərin 100 faiz, TANAP layihəsində isə 80 faizdən çoxunun yerinə yetirildiyini dedi. Qlobal enerji təhlükəsizliyi layihəsi kimi Cənab Qaz Dəhlizinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı İtaliyanın Azərbaycanın əsas qaz ixrac edəcəyi ölkələrdən biri olduğunu qeyd etdi və bunun əlaqələrimizin inkişafı üçün xüsusi önəm daşıdığını dedi.

Ticarət əlaqələrimizin şaxələndirilməsi üçün daha fəal iş aparılmasının vacibliyini qeyd edən dövlətimizin başçısı hazırda əsas diqqətin digər istiqamətlərə - sənaye, kənd təsərrüfatı, infrastruktur, nəqliyyata yönəldilməsinin zəruriliyini bildirdi. Azərbaycanda icra olunan layihələrdə İtaliya şirkətlərinin iştirakına toxunan Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı Bakıda və regionlarda həyata keçiriləcək infrastruktur və digər layihələrdə iştirak etmək üçün İtaliya şirkətlərini Azərbaycana dəvət etdi.

Görüşdə Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları və onların daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏRQanunlar21 fevral 2019
17:40
“Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il 15 aprel tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları...

21 fevral 2019, 17:40
SƏNƏDLƏRSərəncamlar21 fevral 2019
17:35
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1472-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respu...

21 fevral 2019, 17:35
SƏNƏDLƏRSərəncamlar21 fevral 2019
17:30
“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1461-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası...

21 fevral 2019, 17:30
SƏNƏDLƏRFərmanlar21 fevral 2019
17:25
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qayd...

21 fevral 2019, 17:25
SƏNƏDLƏRQanunlar21 fevral 2019
17:20
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 se...

21 fevral 2019, 17:20
SƏNƏDLƏRQanunlar21 fevral 2019
17:15
“Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası və Türkmənistan ara...

21 fevral 2019, 17:15
SƏNƏDLƏRQanunlar21 fevral 2019
17:13
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmə...

21 fevral 2019, 17:13
SƏNƏDLƏRQanunlar21 fevral 2019
17:11
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmə...

21 fevral 2019, 17:11
SƏNƏDLƏRQanunlar21 fevral 2019
17:09
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımalar iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmə...

21 fevral 2019, 17:09