Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Zati-aliləri cənab Si Cinpinə

25 oktyabr 2017, 12:50

Zati-aliləri,

Çin Kommunist Partiyasının XIX Qurultayının uğurla başa çatması, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və rəhbərlik etdiyiniz partiyanın bütün üzvlərini şəxsən öz adımdan və Yeni Azərbaycan Partiyasının üzvləri adından səmimi qəlbdən təbrik edirəm.

Ölkənizin ictimai-siyasi həyatında tarixi hadisə olan XIX Qurultay Çin Kommunist Partiyasının yeniləşməsi, onun gələcək fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsi, bütövlükdə xalqınızın rifahı, ölkənizin sosial-iqtisadi inkişafı, eləcə də xarici siyasət xətti ilə bağlı irəli sürdüyünüz yeni konsepsiyanın qəbul olunması kimi mühüm qərarlar ilə əlamətdar olmuşdur.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasını xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Bu gün ölkələrimizin aparıcı siyasi qüvvələri kimi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı fəal dialoq eyni zamanda xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsinə və bütövlükdə Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verir.

Əminəm ki, dərin tarixi kökləri olan Azərbaycan-Çin əlaqələrinin daha da genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə və Çin Kommunist Partiyasının bütün üzvlərinə bir daha təbriklərimi və ən xoş arzularımı yetirir, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti,

Yeni Azərbaycan Partiyasının Sədri

Bakı şəhəri, 25 oktyabr 2017-ci il

SƏNƏDLƏRSərəncamlar04 dekabr 2021
14:31
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5....

04 dekabr 2021, 14:31
SƏNƏDLƏRFərmanlar02 dekabr 2021
15:15
“Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməs...

02 dekabr 2021, 15:15
SƏNƏDLƏRFərmanlar01 dekabr 2021
16:38
“Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilsin (əla...

01 dekabr 2021, 16:38
SƏNƏDLƏRSərəncamlar01 dekabr 2021
16:33
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Emin Zamin oğlu Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 138...

01 dekabr 2021, 16:33