20 oktyabr 2017, 17:30

Xanış Cəfərovdan, Qubadlı, Azərbaycan

Hörmətli xanım Birinci vitse-prezident,

Çoxsaylı Qubadlı ağsaqqalları, həmçinin rayonun Tatar kəndinin sakinləri adından cənab Prezidentimizə və Sizə dərin minnətdarlığımızı bildirirəm. Sizin vətənimiz Azərbaycan üçün gördüyünüz işlər hər bir vətəndaş kimi, biz məcburi köçkünləri də sevindirir.

Biz məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı danılmazdır. Sizin oktyabrın 5-də Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinin açılışında iştirakınız biz qubadlılılara hədsiz sevinc bəxş etdi.

Mən uzun illər dövlət qulluğumdakı fəaliyyətimə görə cənab Prezidentimizin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Mənə göstərilən bu diqqətə görə cənab Prezidentimizə və Sizə dərin təşəkkürümü bildirir, uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Cəfərov Xanış.

Azərbaycan Respublikası, Qubadlı rayonu, Tatar kəndi.