İlham Əliyev “Kazan Vertolyot Zavodu” ASC ilə tanış olmuşdur

24 iyun 2011, 16:00

Prezident İlham Əliyev Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə “Kazan Vertolyot Zavodu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə tanış olmuşdur.

Prezident İlham Əliyevə məlumat verildi ki, zavod 1940-cı ildən fəaliyyət göstərir. Burada müxtəlif təyinatlı, o cümlədən səhiyyədə, idman yarışlarında, mülki aviasiyada, yükdaşımada, eləcə də müdafiə sahəsində istifadə olunan vertolyotlar, “KamAZ” avtotexnikası, avtobuslar və s. istehsal edilir.

Dövlət başçısı zavodun ayrı-ayrı sexlərini gəzdi, məşhur Mi-17, Mi-38 vertolyotlarına baxdı, müasir tipli “Aktay”, “Kazan”, “Ansat”, “Ansat-U” vertolyotlarının texniki göstəriciləri ilə tanış oldu. Bildirildi ki, zavodun istehsal etdiyi bu vertolyotların əsas xüsusiyyətləri yüksək etibarlılıq və təhlükəsizlikdir.

Prezident İlham Əliyev zavodun istehsal etdiyi metan mühərrikli “KamAZ”, kommunal təsərrüfatı, inşaat avtotexnikası, “Nefaz” avtobusu ilə də tanış oldu. Azərbaycan Prezidenti bu texnikanın qaz mühərrikinin qidalanma sisteminə baxdı, onun ekoloji parametrləri ilə maraqlandı.

Sonda dövlət başçısına Mi-17 vertolyotunun və “KamAZ”ın maketləri hədiyyə olundu.

SƏNƏDLƏRFərmanlar23 aprel 2019
16:30
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə...

23 aprel 2019, 16:30
SƏNƏDLƏRSərəncamlar23 aprel 2019
16:25
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941-1945-ci illərdə İkinci Dünya ...

23 aprel 2019, 16:25