Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

31 avqust 2017, 17:00

Davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olunması Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının başlıca məqsədlərindəndir. Bu məqsədə nail olmaq üçün ölkədə vətəndaşların gündəlik rahat həyatını təmin edə bilən infrastrukturun yaradılması, o cümlədən əhaliyə keyfiyyətli kommunal xidmətlər göstərilməsi kimi başlıca fəaliyyət istiqamətlərində genişmiqyaslı işlər görülür.

Həmin tədbirlərin davamı olaraq, Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində diametrləri 110-530 mm, uzunluğu 5,7 km olan paylayıcı su şəbəkəsinin, Abşeron rayonunun Pirəkəşkül kəndində diametri 225 mm, uzunluğu 4,3 km olan magistral su kəmərinin, diametrləri 110-160 mm, uzunluğu 5,7 km olan paylayıcı su şəbəkəsinin, Qobustan kəndində diametri 225 mm, uzunluğu 2,8 km olan magistral su kəmərinin və diametrləri 110-160 mm, uzunluğu 7,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, habelə Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,54 milyon (üç milyon beş yüz qırx min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2017-ci il.

SƏNƏDLƏRSərəncamlar15 noyabr 2019
18:18
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1673-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 8...

15 noyabr 2019, 18:18
SƏNƏDLƏRSərəncamlar15 noyabr 2019
18:10
“Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1672-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respu...

15 noyabr 2019, 18:10
SƏNƏDLƏRQanunlar15 noyabr 2019
18:05
“Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci, 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1994-cü...

15 noyabr 2019, 18:05
SƏNƏDLƏRSərəncamlar15 noyabr 2019
17:05
Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Zə...

15 noyabr 2019, 17:05
SƏNƏDLƏRSərəncamlar15 noyabr 2019
17:02
Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Zə...

15 noyabr 2019, 17:02