Pərvin Mirzəzadə, Bakı, Azərbaycan


13 iyul 2017, 13:30
Möhtərəm cənab Prezident,
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyim üçün Zati-alinizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-alinizin müdrikliklə davam etdirdiyi uğurlu xarici siyasət kursunun həyata keçirilməsi məqsədilə əmr və tapşırıqlarınızın layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün səylərimi əsirgəməyəcəyəm.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Mirzəzadə Pərvin Xəyyam oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.