İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatmışdır

09 iyun 2011, 18:00

Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri başa çatmışdır.

Belqradın “Nikola Tesla” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Serbiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.