İlham Əliyev Azərbaycanın Serbiyadakı səfirliyinin açılışında iştirak etmişdir

08 iyun 2011, 21:30

Belqradda Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin iqamətgahının açılışı olmuşdur.

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlət başçısı səfirliyin açılışını bildirən rəmzi lenti kəsdi.

Prezident İlham Əliyev səfirliyin binasında yaradılmış şəraitlə tanış oldu.

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov dövlətimizin başçısına məlumat verdi ki, burada diplomatik korpus nümayəndələrinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Səfirliyin binasının bütün iş otaqları zəruri avadanlıqla təchiz olunmuşdur. Bu da səfirlikdə işin daha keyfiyyətlə yerinə yetirilməsinə hərtərəfli imkan yaradır.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Bu gün Serbiya-Azərbaycan əlaqələrinin inkişafında çox əlamətdar və tarixi bir gündür, - deyən dövlətimizin başçısı bildirdi ki, gün ərzində keçirilən bir neçə mühüm və əlamətdar tədbir bunu söyləməyə əsas verir. Taşmaydan parkının iki xalqın dostluq rəmzinə çevriləcəyini deyən Prezident İlham Əliyev səfər çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxundu. Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf edir və bu əlaqələr bütün sahələri əhatə edir, - deyən dövlətimizin başçısı ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, bundan sonra Azərbaycan beynəlxalq təşkilatlarda Serbiyanın yanında olacaqdır. Hər iki ölkənin siyasi rəhbərliyi tərəfindən ərazi bütövlüyü məsələsinə dair mühüm bəyanatların verildiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, səfər çərçivəsində iqtisadiyyat, enerji sahələrində perspektivlər barədə də fikir mübadiləsi aparıldı və müzakirə olunan məsələlərin heç biri ilə bağlı fikir ayrılığı yoxdur.

Prezident İlham Əliyev dedi:

- Mən tam əminəm ki, bu gün bizim strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlərimiz artıq müttəfiqlik səviyyəsinə qalxır.

İki xalqın görkəmli şəxsiyyətlərinin xatirəsinə olan qarşılıqlı hörmət – ulu öndər Heydər Əliyevin və serb xalqının böyük oğlu Milorad Paviçin abidələrinin ucaldılması bir daha münasibətlərimizin nə qədər səmimi olmasının təzahürüdür. Bu gün Taşmaydan parkındakı mərasimdə mən Belqrad şəhərinin merinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamını təqdim etdim. O sərəncamda deyilir ki, Bakı şəhərinin parklarının birinə serb xalqının görkəmli şəxsiyyəti, dünya şöhrətli alim Nikola Teslanın adı veriləcək və o parkda Nikola Teslanın şərəfinə abidə ucaldılacaqdır.

Bir sözlə, əminəm ki, bu gün yaddaşımızda gözəl gün kimi qalacaq, xüsusilə nəzərə alsaq ki, artıq Serbiyada Azərbaycan dövlətinin bir parçası da mövcuddur. Bizim səfirliyimiz əminəm ki, fəal işləyəcək və iki ölkə arasındakı münasibətlərin inkişafı üçün dəyərli töhfəsini verəcəkdir. Deyə bilərəm, mən və əminəm ki, mənimlə bərabər buraya gəlmiş nümayəndə heyətinin üzvləri özümüzü Bakıdakı kimi hiss edirik. Bizə göstərilən qonaqpərvərliyə və xoş, səmimi münasibətə görə mən Serbiya rəhbərliyinə, Serbiya xalqına və bütün dostlara bir daha minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm.

Sağ olun.

X X X

Mərasimdə iştirak edən Serbiyanın xarici işlər naziri Vuk Yeremiç bu tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O qeyd etdi ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Serbiyanı dəstəkləyir və ölkələrimizdə səfirliklərin açılması ikitərəfli əməkdaşlığımıza mühüm töhfələr verəcəkdir.

Ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov Prezident İlham Əliyevə Azərbaycanın Serbiyadakı diplomatik missiyasının fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdi. Səfir bildirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyətinə böyük diqqət yetirirdi. Bu siyasəti Prezident İlham Əliyev də davam etdirir.

Eldar Həsənov Serbiya-Azərbaycan əlaqələrinin dərinləşməsi üçün səfirliyin xətti ilə həyata keçirilən layihələr barədə də məlumat verdi.

Görkəmli serb yazıçısı Milorad Paviçin xanımı Yasmina Mixayloviç həyat yoldaşının xatirəsinə göstərilən diqqət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. O qeyd etdi ki, Milorad Paviçin xatirəsi Serbiyada olduğu kimi, Azərbaycanda da hər zaman dərin hörmətlə anılacaqdır.

Yasmina Mixayloviç Milorad Paviçin müəllifi olduğu “Xəzər” lüğəti kitabının əlyazmasını Prezident İlham Əliyevə təqdim etdi.

Sonra mərasimə dəvət olunan xarici ölkələrin səfirliklərinin nümayəndələri Prezident İlham Əliyev ilə görüşlərində Azərbaycana beynəlxalq aləmdə böyük marağın olduğunu, ölkəmizin iqtisadi inkişafının dünyada diqqətlə izlənildiyini bildirdilər və Serbiyada Azərbaycan səfirliyinin iqamətgahının açılması münasibətilə dövlətimizin başçısını təbrik etdilər. 

SƏNƏDLƏRFərmanlar25 iyun 2019
18:45
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respu...

25 iyun 2019, 18:45
SƏNƏDLƏRFərmanlar25 iyun 2019
18:35
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1609-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublika...

25 iyun 2019, 18:35
SƏNƏDLƏRFərmanlar25 iyun 2019
18:25
Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında” 2015-ci il 21 dekabr tarixli 712 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 1 may tarixli 1358 nömrəli fərmanlarında və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 819 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci i...

25 iyun 2019, 18:25
SƏNƏDLƏRFərmanlar25 iyun 2019
17:20
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respu...

25 iyun 2019, 17:20
SƏNƏDLƏRSərəncamlar25 iyun 2019
17:20
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (27 km)–Quşencə–Zoğallıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki ...

25 iyun 2019, 17:20
SƏNƏDLƏRSərəncamlar24 iyun 2019
18:27
“Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1599-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terro...

24 iyun 2019, 18:27
SƏNƏDLƏRQanunlar24 iyun 2019
18:23
“Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Terrorçuluğa qarşı mübarizə haqqında” A...

24 iyun 2019, 18:23