İlham Əliyev Özbəkistanın nümayəndə heyətini qəbul edib

11 iyul 2017, 10:30

Prezident İlham Əliyev Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovu və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovu qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin yaxşı perspektivlərə malik olduğunu dedi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə bu yaxınlarda Səudiyyə Ərəbistanında qısa söhbətini xatırlayan Prezident İlham Əliyev qeyd etdi ki, bu görüş zamanı əlaqələrimizin gələcəyi haqqında danışıldı və qeyd olundu ki, Azərbaycan dost Özbəkistan ilə bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Dövlətimizin başçısı dini qurumlar sahəsində də təcrübə mübadiləsi və əməkdaşlıq ilə əlaqədar müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsində bu il Özbəkistanda keçiriləcək İslam həmrəyliyinə həsr edilmiş konfransın böyük əhəmiyyətə malik olduğunu dedi və bildirdi ki, bu konfrans xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşması baxımından önəm daşıyır. Dövlətimizin başçısı onu da qeyd etdi ki, Azərbaycanda digər mötəbər beynəlxalq tədbirlərlə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bir çox konfranslar keçirilir.

Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı. Qardaş Özbəkistan və Azərbaycan xalqlarının bir-biri ilə tarixi dostluq telləri ilə bağlı olduğunu deyən Artukbek Yusupov Özbəkistanın ilk Prezidenti İslam Kərimovla Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında sıx dostluq münasibətlərinin olduğunu dərin ehtiram hissi ilə qeyd etdi. O bildirdi ki, Azərbaycandakı inkişaf prosesləri və dost Azərbaycan xalqının uğurları ölkəsində maraqla izlənilir.

Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

SƏNƏDLƏRFərmanlar19 iyul 2018
13:05
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1185-VQD nömrəli Qanununun tətbiqi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun mal...

19 iyul 2018, 13:05
SƏNƏDLƏRQanunlar19 iyul 2018
12:40
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş ...

19 iyul 2018, 12:40