Küveyt Dövlətinin Vəliəhdi Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahdan

07 iyul 2017, 17:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə uğurlar diləyir, dost Azərbaycan Respublikasına və xalqına davamlı tərəqqi və rifah arzulayıram. Ən səmimi salamlarımı qəbul edin.

Hörmətlə,

Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah

Küveyt Dövlətinin Vəliəhdi

SƏNƏDLƏRSərəncamlar25 may 2018
17:52
Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 20...

25 may 2018, 17:52