İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

23 iyun 2017, 15:20

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, təhsil və elm naziri Aleksandr Jejelavanı qəbul edib.

Aleksandr Jejelava ADA Universitetində olduqlarını və bu təhsil ocağının onlarda böyük təəssürat yaratdığını vurğulayaraq Bakı Ali Neft Məktəbinin də fəaliyyətinin maraq doğurduğunu dedi. Qonaq Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın ikitərəfli əlaqələrimizin bütün digər sahələrdə mövcud olan səviyyəsinə çatdırılması üçün birgə səylərin həyata keçirilməsinin önəmini qeyd etdi.

Prezident İlham Əliyev ADA Universitetində, Bakı Ali Neft Məktəbində və o cümlədən ölkəmizdəki digər təhsil müəssisələrində yüksək səviyyədə təhsil sisteminin yaradılması ilə bağlı işlərin görüldüyünü qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında təhsil sahəsində ikitərəfli birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən tələbə-təhsil mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparıldı.

SƏNƏDLƏRSərəncamlar25 may 2018
17:52
Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 20...

25 may 2018, 17:52