Sənan Mehrəliyevdən, Biləsuvar, Azərbaycan
19 iyun 2017, 12:00
Hörmətli cənab Prezident,
Cəbrayıl rayon Cocuq Mərcanlı kənd sakinlərinin öz doğma yurd-yuvalarına geri dönməsi üçün etdiyiniz bütün işlər diqqətəlayiqdir. Mən Cocuq Mərcanlı kənd sakini və bir ziyalı olaraq kəndimizin yüksək səviyyədə yenidən qurulması və kəndimizin açılışında şəxsən iştirak etməyinizdən qürur hissi duyur və buna görə şəxsən öz adımdan, ailəmiz, kənd sakinləri və kənd ziyalıları adından Sizə öz dərin təşəkkürümü bildirirəm.
Bu yenidənqurma işlərinin yüksək keyfiyyətlə və sürətlə icra olunmasını Cocuq Mərcanlı kənd sakinlərinə dövlətimizin və bilavasitə Sizin diqqət və qayğınızın bariz nümunəsi kimi qiymətləndiririk. Eyni zamanda, Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin kompakt yaşadığı qəsəbələrin avtomobil yolunun yenidən qurulması üçün vəsait ayırmağınız qaçqın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılmasına olan böyük diqqətinizi bir daha göstərir.
Cənab Prezident, Sizə bir daha minnətdarlığımı bildirir, işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Mehrəliyev Sənan Alış oğlu
Cəbrayıl rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Biləsuvar rayonu, 10 saylı qəsəbə.