Mahmud Baxşiyev və başqalarından, Astara, Azərbaycan
17 iyun 2017, 12:35
Hörmətli cənab Prezident,
“Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 8 iyun tarixli Sərəncamınız rayon ağsaqqallarının, ziyalılarının, gənclərinin, bir sözlə, bütün sakinlərin hədsiz sevincinə səbəb oldu. Dənizkənarı park-bulvar bizim sevimli istirahət yerimizdir. Bu kompleksin ərazisinin genişləndirilməsi Sizin bizə yeni töhfənizdir.
Cənab Prezident, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayırıq.
Allah hər zaman köməyiniz olsun.
Dərin hörmət və ehtiramla,
Baxşiyev Mahmud
Şirinov Xanverdi
Qüdrətov Əbülfət
Əskərov Əlövsət və başqaları.
Azərbaycan Respublikası, Astara rayonu, Şüvi kəndi.