23:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:13Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları başlayıb. Azərbaycan idmançıları yarışlarda 6 qızıl və 7 gümüş medal qazanıblar.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmalarına baxıblar.
Cüdo yarışlarının ilk günündə fərdi mübarizədə kişilər arasında 60, 66, 73 kiloqram, qadınların yarışında isə 48, 52, 57, 63 kiloqram, eləcə də paracüdoçu qadınlar arasında 57, 70 kiloqram çəki dərəcələrində idmançılar tatami üzərinə çıxıblar.
Əvvəlcə 48 kiloqram çəki dərəcəsində qadınların yarışında mübarizə aparan Erdenebat Bazarraqça ölkəmizə ilk qızıl medalı qazandırıb. Onun finaldakı rəqibi digər təmsilçimiz Aişə Qurbanlı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə E.Bazarraqça 1:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu adına layiq görülüb. Bu çəkidə üçüncü pilləni Mərakeş idmançısı Vəfa İdrissi Şorfi tutub.
Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən paracüdoçumuz Afaq Sultanova Azərbaycanın digər təmsilçisi Sevda Vəliyevanı ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Altmış kiloqram çəki dərəcəsində kişilərin yarışında Azərbaycanı təmsil edən Orxan Səfərov da ümidləri doğruldub. Finalda türkiyəli Bəkir Özlünü 2:1 hesabı ilə məğlub edən cüdoçumuz qızıl medal qazanıb.
Kişi idmançıların mübarizəsində 66 kiloqram çəki dərəcəsində Nicat Şıxəlizadə finalda Əlcəzair təmsilçisi Houd Zourdani ilə görüşdə rəqibinə ipponla qalib gəlib və IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Cüdo yarışlarında ölkəmizə daha bir qızıl medalı qadın paracüdoçumuz Ramilə Kaştayeva (70 kq) qazandırıb. O, finalda digər idmançımız Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.
Kişilər arasında 73 kiloqram çəki dərəcəsində yarışın finalında Azərbaycanın iki cüdoçusu üz-üzə gəlib. Rüstəm Orucova qalib gələn Hidayət Heydərov IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün birinci pilləsinə qalxıb.
Qalib idmançıların mükafatlandırılması mərasimlərində medalları atletlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim ediblər.
Çempion idmançılarımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.
Cüdo yarışlarının birinci günündə Azərbaycanın yeddi idmançısı gümüş medalla kifayətlənməli olub.
Qadınların mübarizəsində Nəzakət Əzizova (52 kq) finaladək inamla irəliləsə də, həlledici qarşılaşmada Türkiyə təmsilçisi İrem Korkmaza məğlub olaraq İslamiadanı ikinci pillədə başa vurub.
Kifayət Qasımova (57 kq) isə final görüşündə Əlcəzair idmançısı Ratiba Tariketə uduzaraq gümüş medalla kifayətlənməli olub.
Qadınların yarışında 63 kiloqram çəki dərəcəsində çıxış edən Xanım Hüseynova həlledici qarşılaşmada Türkiyə idmançısı Busra Katıpoqluya məğlub olaraq yarışı ikinci pillədə tamamlayıb.
Digər gümüş medalçılarımız isə finalda azərbaycanlı rəqiblərinə məğlub olaraq ikinci yeri tutublar. Onlar Aişə Qurbanlı (48 kq), Sevda Vəliyeva (57 kq), Turanə Ağayeva (70 kq) və Rüstəm Orucovdur (73).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:13Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
19 aprel 2024, 16:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...
19 aprel 2024, 16:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...
19 aprel 2024, 16:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...
19 aprel 2024, 16:52Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan...
19 aprel 2024, 16:502023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...
17 aprel 2024, 16:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Filippin hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi...
17 aprel 2024, 12:22