14:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət...
16 fevral 2019, 14:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə:
1.1. 8.31-ci bəndə “borclarının” sözündən sonra “, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 8.31-1-ci bənd əlavə edilsin:
“8.31-1. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək;”.
2. Həmin Fərmanla təsdiq edilmiş Əlavə IV – “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.22-1-ci və 8.22-2-ci bəndlər əlavə edilsin:
“8.22-1. dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;
8.22-2. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2017-ci il.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət...
16 fevral 2019, 14:00Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Litva aras...
15 fevral 2019, 16:30Son illərdə respublikada pambıqçılığın, taxılçılığın, digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsi məqsədilə müasir tələblərə cavab verən su anbarlarının, nasos stan...
15 fevral 2019, 16:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əlli min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar–Əyyublu–Alakol–İ...
15 fevral 2019, 16:20Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında” 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli, “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı ü...
15 fevral 2019, 16:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün q...
15 fevral 2019, 16:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsə...
14 fevral 2019, 17:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının ...
14 fevral 2019, 16:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə ...
14 fevral 2019, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəal...
14 fevral 2019, 16:152019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur.
Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə ...
14 fevral 2019, 15:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün “Azərbaycan Televiziya ...
14 fevral 2019, 13:45