20:30
İlham Əliyev Serbiyanın Azərbaycandakı səfirini qəbul edib
04 aprel 2017, 10:30Prezident İlham Əliyev Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.
Səfir Neboyşa Rodiç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın Ali ordenini dövlətimizin başçısına təqdim etdi.
Səfir dövlətimizin başçısına Ali ordenə layiq görülməsi münasibətilə Serbiyanın Prezidenti Tomislav Nikoliçin təbriklərini çatdırdı.
Prezident İlham Əliyev Ali ordenə layiq görülməsini yüksək qiymətləndirdi və təbriklərə görə minnətdarlığını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı İlham Əliyev Prezident Tomislav Nikoliçin Azərbaycana səfəri və onunla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırladı.
Prezident İlham Əliyev, eyni zamanda, Serbiyada keçirilmiş son prezident seçkilərində Aleksandr Vuçiçin qələbəsi münasibətilə təbriklərini çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Aleksandr Vuçiçi Azərbaycana səfərə dəvət etdi.
Səfir Neboyşa Rodiç Prezident İlham Əliyevin Serbiyaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirdi.
Serbiya səfiri Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə ölkəmizin hər yerində böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi, Azərbaycanın Serbiyanın yol infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirdiyi işlər yüksək qiymətləndirildi.
20:30
19:15
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Moskva hökuməti adından və şəxsən ...
26 aprel 2018, 19:1518:46
Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz və ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Fürsətdən istifadə edərə...
26 aprel 2018, 18:4618:45
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm...
26 aprel 2018, 18:4518:43
Əlahəzrət,
Niderland Krallığının milli bayramı – Kral Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnu...
26 aprel 2018, 18:4318:42
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Yenidən dövlət başçısı seçilməyiniz və xalqınızın Zati-alinizə böyük etimadının aydın təzahürü olan inam...
26 aprel 2018, 18:4217:45
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Dünya Taekvando Federasiyası a...
26 aprel 2018, 17:4516:30
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərba...
26 aprel 2018, 16:3015:35
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir,...
26 aprel 2018, 15:3514:50
14:40
14:25
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq Miqrasiya Təşkilatı adından ...
26 aprel 2018, 14:25