Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

17 mart 2017, 21:47

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 iyun tarixli 290-VQD nömrəli qanunlarının tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 9, maddə 1559, № 10, maddə 1608; № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788; Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 366-VQD nömrəli, 11 noyabr tarixli 387-VQD nömrəli, 396-VQD nömrəli, 29 noyabr tarixli 429-VQD nömrəli və 16 dekabr tarixli 457-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1-ci və 5.2-ci maddələrdə “(vəzifəli şəxslər)” sözləri “, qurumları və vəzifəli şəxslər” sözləri ilə əvəz edilsin.

2. 10-cu maddəyə “orqanları” sözündən sonra “(qurumları)” sözü əlavə edilsin.

3. 17-ci maddənin “Qeyd” hissəsinə “müəssisələrində” sözündən sonra “, o cümlədən publik hüquqi şəxslərdə” sözləri əlavə edilsin.

4. 46.2-ci və 115.4.2-ci maddələrə “orqanlarına” sözündən sonra “(qurumlarına)” sözü əlavə edilsin.

5. 99.1.2-ci maddədə “və təşkilatlarından” sözləri “(qurumlarından)” sözü ilə əvəz edilsin.

6. 288.0.1-ci maddədə “, satışına və tətbiq edilməsinə” sözləri “və satışına” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2017-ci il.

SƏNƏDLƏRSərəncamlar20 aprel 2018
18:55
Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sa...

20 aprel 2018, 18:55
SƏNƏDLƏRSərəncamlar20 aprel 2018
18:50
İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycanda istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəet...

20 aprel 2018, 18:50
SƏNƏDLƏRSərəncamlar20 aprel 2018
18:40
1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 73-cü ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941-1945-ci illər İkinc...

20 aprel 2018, 18:40