İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul edib

22 fevral 2017, 10:00

Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşlərinin Bakıda təşkil olunmasının artıq yaxşı ənənə halı aldığını dedi. Bu görüşlərin praktiki müzakirələrin aparılması baxımından vacibliyini qeyd edən Prezident İlham Əliyev bunu həm də layihənin uğurlu icrasının göstəricisi kimi dəyərləndirdi. Ötən dövr ərzində bir çox işlərin görüldüyünü bildirən dövlətimizin başçısı layihənin artıq yekun mərhələyə çox yaxın olduğunu qeyd etdi. Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqanın sabah Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında iştirakının əhəmiyyətini vurğulayaraq, bunun ABŞ hökumətinin layihəyə davamlı dəstəyinin yaxşı göstəricisi olduğunu dedi.

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasına ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Bu görüşün layihənin icrası ilə bağlı məsələlərin nəzərdən keçirilməsi baxımından önəmli olduğunu qeyd edən qonaq ABŞ nümayəndəsinin bu iclasda iştirakının vacibliyinə toxundu. Robin Danniqan bildirdi ki, bu, ABŞ-ın yeni hökumətinin “Cənub Qaz Dəhlizi” layihəsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi məsələsinə dəstəyini bir daha açıq şəkildə nümayiş etdirir.

Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edildi, sabah Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasının əhəmiyyəti bir daha vurğulandı, ABŞ dövlətinin enerji siyasətinin bu layihəyə öz dəstəyini bundan sonra da davam etdirəcəyi əminliklə qeyd olundu.

SƏNƏDLƏRSərəncamlar21 aprel 2018
18:44
İ.İ.Kərimovun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiy...

21 aprel 2018, 18:44
SƏNƏDLƏRSərəncamlar21 aprel 2018
18:42
S.R.Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri ...

21 aprel 2018, 18:42
SƏNƏDLƏRSərəncamlar21 aprel 2018
18:33
N.İ.Məmmədovun Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─ şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─...

21 aprel 2018, 18:33