İlham Əliyev Münxendə “MAN SE” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17 fevral 2017, 11:00

Prezidenti İlham Əliyev Münxendə “MAN SE” şirkətinin baş icraçı direktoru Yoaxim Dris ilə görüşüb.

Görüşdə Yoaxim Dris Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirildiyini, nəqliyyat dəhlizləri ilə bağlı gedən proseslərdən məmnun qaldıqlarını, respublikamızda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda müxtəlif sahələrdə yeniləşmə işlərinin aparıldığını, ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğuladı. Dövlətimizin başçısı əməkdaşlıq imkanlarının araşdırılması üçün “MAN SE” şirkətinin nümayəndələrini Azərbaycana səfərə dəvət etdi.