Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25 yanvar 2017, 17:55

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, sənayeləşmənin prioritet istiqamətləri üzrə özəl investisiya fəaliyyətinin təşviqi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Sumqayıt şəhərinin Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən 170,75 hektar torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsinin təmin edilməsi ilə bağlı üç ay müddətində tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2017-ci il.

XƏBƏRLƏRMətbuat xidmətinin məlumatı20 mart 2019
15:15
İlham Əliyev Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə telefonla zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə telefonla zəng edib.

Dövlətimizin başçısı Nursultan Nazarbayevin prezidentlik fəaliyyəti dövründə Qazaxıstanın inkişafı, fi...

20 mart 2019, 15:15
SƏNƏDLƏRFərmanlar19 mart 2019
17:05
“Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”...

19 mart 2019, 17:05
SƏNƏDLƏRFərmanlar19 mart 2019
16:50
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1525-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respu...

19 mart 2019, 16:50