Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Akademik Q.A.İlizarov adına Bərpa Travmatologiyası və Ortopediya Elmi Mərkəzi” Federal Dövlət Büdcə Müəssisəsinin direktoru, tibb elmləri doktoru Aleksandr Qubindən

29 dekabr 2016, 14:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Akademik Q.A.İlizarov adına Bərpa Travmatologiyası və Ortopediya Elmi Mərkəzi” Federal Dövlət Büdcə Müəssisəsinin müdiriyyəti Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir.

Sizin üçün əlamətdar olan bu gündə İlizarov İnstitutunun taleyində ailənizin rolunu xüsusi vurğulamaq istərdik. Bu il biz üç yubileyi qeyd etmişik: Qavriil Abramoviç İlizarovun anadan olmasının 95 illiyi, İlizarov Mərkəzinin yaradılmasının 45 illiyi və ortopediyada inqilabi metodun 65 illiyi. Fərəhlə qeyd etmək istəyirəm ki, 1986-cı ilin noyabr ayında Heydər Əlirza oğlu Əliyevin və Qavriil Abramoviç İlizarovun Kurqanda görüşü İlizarov Mərkəzinin təşəkkülü tarixində əsas mərhələlərdən biri olub. SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin səfəri Kurqan klinikasının inkişafına təkan verdi, Heydər Əliyev bu Mərkəz üçün bir sıra mütərəqqi tədbirlərin təşəbbüsçüsü oldu, xaricdən gələn pasiyentlər axını sürətlə artdı, dünyanın hər yerindən həkimlər Kurqan klinikasının təcrübəsini öyrənmək üçün buraya gəlməyə başladılar, dəyişikliklər texniki təchizata da təsir etdi – İlizarov Mərkəzinin tibbi avadanlıq arsenalı həmin dövr üçün ən mütərəqqi yeniliklərlə zənginləşdi. Geriyə nəzər salanda əminliklə demək olar ki, Sizin atanızın səfəri Rusiya Bərpa Travmatologiyası və Ortopediya Elmi Mərkəzinin bütün tarixi ərzində ən məhsuldar və əhəmiyyətli səfərlərdən biri olub.

Ortopediya dahisi, akademik Q.A.İlizarov Azərbaycanın Qusar kəndində keçmiş uşaqlıq illərini, həkim olmaq barədə taleyüklü qərar qəbul etdiyi yerləri səmimiyyətlə xatırladığı kimi, biz də keçmiş haqqında xatirələri qayğı ilə qoruyub saxlayırıq.

Bu əlamətdar gündə İlizarov Mərkəzinin bütün kollektivi adından Sizə ali dövləti fəaliyyətinizdə zəfərlər, cəsarətli təşəbbüslər, tükənməz enerji, mənəvi qüvvə və firavanlıq arzu edirəm.

 

Hörmətlə,

Aleksandr Qubin

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Akademik Q.A.İlizarov adına

Bərpa Travmatologiyası və Ortopediya Elmi Mərkəzi”

Federal Dövlət Büdcə Müəssisəsinin direktoru,

tibb elmləri doktoru

SƏNƏDLƏRFərmanlar22 may 2018
21:47
“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1057-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il...

22 may 2018, 21:47
SƏNƏDLƏRFərmanlar22 may 2018
21:42
“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1058-VQD nömrəli Qanununun tətbiqi və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 ...

22 may 2018, 21:42
SƏNƏDLƏRFərmanlar22 may 2018
21:35
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1114 VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-c...

22 may 2018, 21:35
SƏNƏDLƏRSərəncamlar22 may 2018
21:29
“Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1047-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qar...

22 may 2018, 21:29
SƏNƏDLƏRQanunlar22 may 2018
21:25
Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

22 may 2018, 21:25
SƏNƏDLƏRSərəncamlar22 may 2018
21:17
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1125-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tar...

22 may 2018, 21:17
SƏNƏDLƏRSərəncamlar22 may 2018
21:09
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1126-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1126-VQD ...

22 may 2018, 21:09