İlham Əliyev Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavinini qəbul etmişdir

10 iyun 2010, 13:10

Prezident İlham Əliyev Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul etmişdir.

Dövlət başçısı hazırkı dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu demiş və ölkəmizin müvafiq strukturları ilə Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır. Prezident İlham Əliyev bu yaxınlarda Avropa Parlamentinin Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması ilə bağlı qəbul etdiyi qətnamənin əhəmiyyətini qeyd etmişdir.

Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Provera Azərbaycan hökumətinin rəsmiləri və parlament üzvləri ilə aparılan qarşılıqlı fikir mübadiləsi və dialoqların artıq mütəmadi xarakter daşıdığını bildirmişdir. O, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

XƏBƏRLƏRSəfərlər28 noyabr 2021
15:00
Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə rəsmi nahar verilib

Noyabrın 28-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi nahar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlh...

28 noyabr 2021, 15:00