İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

03 oktyabr 2016, 10:15

Prezident İlham Əliyev Latviya Respublikası Seyminin sədri İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın və Latviyanın parlament nümayəndələrinin müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çərçivəsində əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı iki ölkə arasında bütün sahələrdə yaxın münasibətlərin olmasının vacibliyini vurğuladı. Ölkəmizin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduğunu deyən Prezident İlham Əliyev bu baxımdan İnara Murnietsenin Azərbaycana səfərinin əhəmiyyətini qeyd etdi.

Azərbaycana ilk dəfə 12 il əvvəl səfər etdiyini deyən İnara Murnietse ölkəmiz haqqında çox gözəl xatirələrinin olduğunu bildirdi. O vaxtdan ötən dövr ərzində Azərbaycanda çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən Latviya Seyminin sədri bu nailiyyətlərin əldə edilməsində ölkə rəhbərliyinin vacib rol oynadığını vurğuladı. Paytaxtımızın çox müasir şəhər olduğunu deyən qonaq Bakının milli və tarixi ənənələrlə yanaşı, müasir arxitekturanı özündə birləşdirməsinin şəhərə xüsusi ecazkarlıq verdiyini dedi. Azərbaycanda savadlılığın yüksək səviyyədə olduğunu deyən Latviya Seyminin sədri ölkəsində də təhsilə böyük önəm verildiyini bildirdi. Azərbaycanın xeyriyyəçilik sahəsində gördüyü işlərə toxunan İnara Murnietse bu istiqamətdə birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev Latviyada da tarixi memarlığın, mədəniyyətin və milli irsin qorunub saxlanması istiqamətində çox işlər görüldüyünü, Riqaya son səfərində bunun şahidi olduğunu qeyd etdi. Hər iki ölkənin paytaxt şəhərlərində yerləşən “İçərişəhər”in ölkələrimizin qürur mənbəyi olduğunu deyən dövlətimizin başçısı bunu, qədim tarixin və milli ənənələrin bariz nümunəsi kimi dəyərləndirdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, eyni zamanda, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq imkanları müzakirə olundu.

SƏNƏDLƏRFərmanlar24 noyabr 2020
18:35
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 172-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli 140 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının...

24 noyabr 2020, 18:35
SƏNƏDLƏRQanunlar24 noyabr 2020
18:25
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu...

24 noyabr 2020, 18:25
SƏNƏDLƏRFərmanlar23 noyabr 2020
15:00
Azərbaycan Respublikası Prezidentinin “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noy...

23 noyabr 2020, 15:00
SƏNƏDLƏRFərmanlar23 noyabr 2020
14:45
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il 22 aprel tarixli 744 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Re...

23 noyabr 2020, 14:45
SƏNƏDLƏRFərmanlar23 noyabr 2020
14:28
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 183-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, A...

23 noyabr 2020, 14:28