İlham Əliyev Masallıda Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışını edib

03 sentyabr 2016, 11:00

Prezident İlham Əliyev Masallıda Bayraq Meydanının və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin açılışını edib.

Prezident İlham Əliyevə məlumat verildi ki, Bayraq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 78 kvadratmetr olan fəvvarə inşa olunub. Ərazidə geniş abadlıq işləri görülüb, 4310 kvadratmetr yaşıllıq zolağı salınıb, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.

Dövlətimizin başçısı Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi və ekspozisiya ilə tanış oldu.

Bildirildi ki, ekspozisiya zalından və köməkçi otaqlardan ibarət Dövlət Rəmzləri Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, bayraqlar və dövlət rəmzləri qorunur. Bütün bunlar həm Masallı sakinlərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

SƏNƏDLƏRSərəncamlar25 may 2018
17:52
Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 20...

25 may 2018, 17:52