Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Çan Day Kuanqa
01 sentyabr 2016, 18:00
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Vyetnam əlaqələrinin hazırkı dinamik inkişafı məmnunluq doğurur. Əminəm ki, tarixən xoş ənənələrə əsaslanan dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə və ölkələrimizin rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 avqust 2016-cı il.