“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli 1597 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02 iyun 2016, 16:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli 1597 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 696; 2009, № 10, maddə 806; 2014, № 6, maddə 644) 1.4-cü bəndi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2016-cı il.

SƏNƏDLƏRSərəncamlar18 sentyabr 2018
17:25
Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Masallı rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, sənaye məhsulunun həcmi 11,2 dəfə, əsas kapitala yönəldilən vəsait 45,0 dəfə, o cümlədən tikinti-quraşdırma ...

18 sentyabr 2018, 17:25
SƏNƏDLƏRSərəncamlar18 sentyabr 2018
17:15
Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun ...

18 sentyabr 2018, 17:15