11:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.
24 aprel 2024, 11:44Hörmətli sərgi və konfrans iştirakçıları!
Sizi XXIII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışı münasibətilə ürəkdən salamlayıram.
İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş və neft-qaz sənayesi sahəsində ənənəvi tədbirə çevrilmiş sərginin təşkilindən ötən müddətdə müstəqil Azərbaycan enerji sektorunun inkişafı istiqamətində mühüm irəliləyişə nail olmuşdur. Bu gün dünya iqtisadiyyatının inkişafında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin enerji ehtiyatları böyük əhəmiyyətə malikdir.
Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan öz üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Hər biri nəhəng enerji layihəsi olan Azəri–Çıraq–Günəşli neft və Şahdəniz qaz yataqlarının işlənilməsi, Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri bunun bariz nümunəsidir. Hazırda uğurla həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinin icrasında da Azərbaycan öz liderlik mövqeyini bir daha nümayiş etdirmişdir.
Xəzər hövzəsindən Avropaya çatdırılacaq qazın marşrutu çoxdan müzakirə mövzusu idi. Məhz bizim təşəbbüsümüzlə 2012-ci ildə Türkiyə və Azərbaycan arasında TANAP qaz kəməri layihəsinə dair müqavilənin imzalanması sonrakı prosesləri xeyli sürətləndirdi. Nəticə etibarilə Trans–Adriatik qaz kəməri Avropaya gedən əsas ixrac marşrutu seçildi, Cənub Qaz Dəhlizi layihəsinin icrasına başlanıldı və “Şahdəniz-2” layihəsinə start verildi.
Bu meqalayihənin tərkibinə daxil olan TANAP, TAP və digər layihələrlə bağlı işlər fasiləsiz davam etdirilir. Dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın iştirakçısı olduğu və icra etdiyi bütün iri layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi təsdiq edilmiş cədvəl üzrə vaxtında gerçəkləşdiriləcək və Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya nəql olunacaqdır.
İnanıram ki, sərgi və konfransınız həm qlobal, həm də regional səviyyədə əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradacaq, dünya miqyasında enerji sahəsindəki proseslərə öz töhfəsini verəcəkdir. Hamınıza gələcək fəaliyyətinizdə nailiyyətlər, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2016-cı il.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.
24 aprel 2024, 11:44Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin...
24 aprel 2024, 11:33Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:13Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
19 aprel 2024, 16:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...
19 aprel 2024, 16:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...
19 aprel 2024, 16:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...
19 aprel 2024, 16:52