Əzimov Səlim, Bakı şəhəri
09 aprel 2016, 14:23
Hörmətli cənab Prezident.
Son günlər Qarabağda baş verən hadisələr göstərdi ki, iqtisadiyyatımız güclüdür, qüdrətli Ordumuz, müasir silahlarımız, uzaqgörən, müdrik rəhbərimiz var. Sizin apardığınız daxili-xarici siyasətiniz xalqımızı – məcburi köçkünlərimizi, ziyalılarımızı bir daha ruhlandırdı. Mən BVM-ni də, Qarabağ hadisələrinin ilk illərindəki pərakəndəliyi, özbaşınalığı da görmüşəm. Qarabağ hadisələrinin ilk illərində Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə tez gəlsəydi, yəqin ki, bu qədər çətinliklərimiz olmazdı. Nə yaxşı ki, xalqımızın rəhbəri bu gün Sizsiniz. Sizin rəhbərliyiniz altında üçrəngli bayrağımız işğal altında olan rayonlarda, xüsusilə Ağdamda, Xankəndində, Şuşada dalğalanacaq günü səbirsizliklə gözləyirik.
Mən Ağdamlıyam, 2007-ci ildə mənə “Əməkdar Müəllim” adını Siz vermisiniz. 54 illik orta məktəb direktoru olsam da, hazırda işləməsəm də, sağlamam, gümraham, Ordumuzun qabaq sırasında getməyə hazıram. Xain ermənilərə tərəf gedən gizli dağ-meşə yollarını, cığırlarını yaxşı tanıyıram. Əmrinizi gözləyirəm.
Hörmətlə,
Əzimov Səlim Köçəri oğlu,
BVM veteranı, Qarabağ müharibəsi iştirakçısı, təqaüdçü müəllim.
Azərbaycan Respublikası, Bakı şəhəri.