Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

08 aprel 2011, 19:30

Son illərdə respublikamızın yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının və bununla bağlı xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilir, yeni su təchizatı və kanalizasiya obyektləri tikilib istismara verilir, digər zəruri tədbirlər yerinə yetirilir. 

Görülən tədbirlər əhalinin içməli su ilə fasiləsiz təmin olunmasına müsbət təsir göstərməkdədir. 

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan işlərin yerinə yetirilməsinin sürətləndirilməsinə şərait yaratmaq və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə qərara alıram: 

1. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinsin. 

2. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti: 

2.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq silinmiş borcun və 2011-ci il 1 fevral tarixindən sonra yaranmış borcun məbləği barədə bildirişi 10 gün müddətində hər bir istehlakçıya göndərsin; 

2.2. istehlakçılara göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin tam ödənilməsi və yeni borcların yaranmaması üçün zəruri tədbirlər görsün. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

3.1. bu Fərmanın 1-ci hissəsinə əsasən əhalinin borclarının silinməsi ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silinməsi üçün müvafiq tədbirlər görsün; 

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2011-ci il. 

SƏNƏDLƏRFərmanlar28 fevral 2020
18:25
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, ...

28 fevral 2020, 18:25
SƏNƏDLƏRSərəncamlar28 fevral 2020
17:35
Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağdam rayonunun əhalisi 24740 nəfər olan 18 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin...

28 fevral 2020, 17:35
SƏNƏDLƏRSərəncamlar28 fevral 2020
17:15
Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərba...

28 fevral 2020, 17:15
SƏNƏDLƏRSərəncamlar27 fevral 2020
14:55
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizə...

27 fevral 2020, 14:55