İlham Əliyev Xətai və Nizami rayonlarında görülən işlərlə tanış olmuşdur

01 aprel 2011, 18:00

Prezident İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlətimizin başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev aprelin 1-də Xətai rayonunun Əhmədli və Nizami rayonunun Keşlə qəsəbələrində olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hazırlanmış sxem əsasında Əhmədli qəsəbəsində asfalt örtüyü döşənməsinə ehtiyac olan küçələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, martın 9-da keçirilmiş müşavirədə Azərbaycan Prezidentinin verdiyi tapşırıqların icrasına başlanmışdır. O cümlədən Xətai rayonunun 15 min sakini olan Əhmədli qəsəbəsində 24 min kvadratmetr yola asfalt döşənmişdir. Məhəllədaxili yolların 40 min kvadratmetrlik hissəsi də asfaltlanacaqdır. Qəsəbənin küçələrində müasir işıqlandırma sistemi qurulacaq, kanalizasiya xətləri çəkiləcəkdir. İnfrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınacaqdır. Əhmədli qəsəbəsində müasir xəstəxana və yeni kitabxana binalarının inşası da nəzərdə tutulmuşdur.

Qəsəbədə həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə də görüşdü.

Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV qəsəbə sakinlərinə müraciətlə dedi:

- Xoş gördük. Əhmədli qəsəbəsində işlər gedir, küçələrə asfalt döşənir. İndi mənə göstərdilər, köhnə küçələrin vəziyyəti çox bərbad idi. Özü də torpaq yollar idi. İndi hər yerə asfalt döşənir. Bu, Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramının, sadəcə olaraq, həyata keçirilməsində birinci addımlardır. Proqram bütövlükdə hazırlanır və yaxın zamanlarda təsdiq olunacaqdır. Bu proqram bütün qəsəbələri əhatə edəcəkdir. Qəsəbələrdə bütün infrastruktur - su xətləri, kanalizasiya xətləri, qazlaşdırma, - harada ki, hələ lazımi səviyyədə deyil, - elektrik enerjisi ilə təchizat, yolların çəkilişi, məktəblərin, tibb məntəqələrinin təmiri, yaxud da ki, yenidən qurulması məsələləri öz əksini tapacaqdır. Beləliklə, Bakı qəsəbələrində yaşayan insanlar üçün çox yaxşı şərait yaradılacaqdır.

Bu gün isə mən qədim Əhmədli qəsəbəsinə gəlmişəm ki, sizinlə görüşəm.

SAKİN: Söz vermişdiniz.

Prezident İlham ƏLİYEV: Yadımdadır, söz vermişdim. Amma beş il bundan əvvəl.

SAKİN: Yenə də min şükür ki, vaxt tapıb gəlmisiniz.

Prezident İlham ƏLİYEV: Mən o görüşü xatırlayıram. O, əslində, Bakı qəsəbələrinin inkişafı üçün atılmış birinci addım idi. O vaxt - 2005-ci ildə üçillik proqram qəbul olunmuşdu və icra olundu. Ancaq həyat yerində durmur. Yeni məsələlər ortalığa çıxır və biz artıq bütün imkanları səfərbər edib bütün qəsəbələrdə abadlıq işləri aparmalıyıq. Mən çox şadam ki, gəlmişəm Əhmədlidə sizinlə görüşüm. Baxım, görüm işlər necə gedir. Eyni zamanda, sizdən eşidim ki, əlavə hansı tədbirlər görülməlidir, daha hansı işləri görməliyik.

SAKİN: İcazənizlə, mən deyərdim. İlham müəllim, hörmətli Prezidentimiz, xoş gəlmisiniz, gələn qədəmləriniz var olsun. Allah Sizə yar olsun. Bu gün bayramdır. Sizin bu gəlişiniz bizim bu qəsəbənin tarixinə qızıl hərflərlə yazılacaqdır. Möhtərəm Prezident, bizim qəsəbədə sözün əsl mənasında hökumətə, dövlətə, bizim partiyamıza böyük hörmət var.

Bu da xalqın Sizə olan hörmətinin təzahürüdür. Mən bütün Bakı qəsəbələrində olmuşam, Sizi izləmişəm. İnanın mənə, Bakı qəsəbələrinin əhalisi Sizə necə lazımdır, hörmət və məhəbbət bəsləyir. Mən uzun müddətdir burada yaşayıram, - 83 yaşım var, çoxu inanmır, - böyük işlər görmüşük. Ulu öndərimizin adına bir park salmışıq, nümunəvidir. Bütün kəndin camaatı oraya gedir, rəhmətliyi ziyarət edir, gül qoyuruq, dincəlirik. Bütün bayramlarda gedib-gəlirik.

Əhmədlidə indi abadlıq işləri gedir. Mən şəxsən gözümə inanmıram. Deyirəm ki, mən burada olmuşam?! Hələ rayonu demirəm. Rəhmətlik ulu öndərimizin qarşısında çıxış etmək mənə nəsib olubdur. Bir dəfə mənə dedi ki, hansı rayondansan? Dedim Xətai. Dedi ki, Xətai rayonuna “qara şəhər” deyərdilər, şübhəsiz gələcəkdə “ağ şəhər” olacaqdır. İndi şüar vurulub ki, bizim qəsəbə, daha doğrusu, rayon “ağ şəhər”dir. Ümumiyyətlə, bizim qəsəbə gələcəyin muzeyidir. Əhmədli Bakının qəsəbələri içərisində ən qabaqcıllarındandır. Daha doğrusu, poeziyaya, muğama, təsviri sənətə böyük həvəs göstərən sakinlərimiz var.

Qəsəbədə 15 min sakin yaşayır və uzun müddətdir Sizin gəlişinizi gözləyirdi. Şükür olsun ki, Siz gəldiniz, biz sevinirik. Lakin bir balaca problemlərimiz qalıb. Əvvəlcə deyim ki, arzudan arzu doğulduğu kimi, problemlər də həll olunur. Ancaq yeni problemlər də ortaya çıxır. Bu, təbiidir.

Prezident İlham ƏLİYEV: Elə də olmalıdır.

SAKİN: Nədir bizim problemimiz? Birincisi, insanın sağlamlığı hər şeydən əzizdir. Bizim xəstəxana camaatın tələbinə cavab verə bilmir. Niyə? Çünki möhtərəm Prezident, vaxtilə burada 3 min adam yaşayırdı, indi isə 15 min. Niyə çox yaşayır? Çünki bura mərkəzə yaxındır. Bu, yeganə qəsəbədir ki, yanında metro var.

Möhtərəm Prezident, ulu öndərimiz sözün əsl mənasında fenomen idi. Mən bunun şahidiyəm. Onun qarşısında çıxış edəndə bir şeir dedim. Yazı yazırdı, dedi, şeir kimindir? Dedim, şeir həvəskarınındır. İcazənizlə, həmin şeiri demək istərdim.

Prezident İlham ƏLİYEV: Buyurun.

SAKİN: Bir söz deyim, qınamasın el məni,

Uzaqda biz axtarmayaq düşməni.

Millətimiz əgər birlik eyləsə,

Qarşımızda əsir olar erməni.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, çox gözəl şeirdi.

SAKİN: Möhtərəm Prezident, bizim küçələrimizin işıqlandırılması vacibdir. Şübhəsiz, bu işləri görəcəklər. Xəstəxana doğrudan da bərbad haldadır. Doğum evi də yoxdur, kitabxanamız da yox dərəcəsindədir. Bir də kanalizasiya məsələsi. Necə deyərlər, ağlamıram, hər şey yaxşıdır. Ümumiyyətlə, bizim 15 minlik camaatımız həmişə Sizə duaçıdır. Mən Sizin gəlişinizi təbrik edirəm. Ürəkdən sevinirəm. Mənim üçün bu, bayramdır. Şübhəsiz, gələcəkdə Allah bir də nəsib edər, Sizinlə görüşərik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, əlbəttə, görüşəcəyik. Çünki mən Əhmədliyə hələ gələcəyəm. Proqramın icrası ilə maraqlanacağam və qaldırdığınız məsələlər öz həllini tapacaqdır. Kanalizasiya məsələsi bütövlükdə bizim ölkəmizdə çoxdandır ki, həllini gözləyən məsələlərdən biridir.

SAKİN: Bilirsiniz niyə görə deyirəm, möhtərəm Prezident? Atalar sözünə uyğunlaşdırsaq, deyə bilərik ki, hər şeyin təzəsi, Əhmədlinin köhnəsi.

Prezident İlham ƏLİYEV: Həm də ki, qədim yaşayış məkanıdır.

SAKİN: 400 illik tarixi vardır.

Prezident İlham ƏLİYEV: Qədim kənddir, gözəl adı da var – Əhmədli. Tarixi addır.

SAKİN: İndi çoxu soyadını Əhmədli edir. Biz çox şadıq. Mən rayonun Ağsaqqallar Şurasının sədri kimi, eləcə də respublikanın ağsaqqallarından biri kimi Sizə səmimi qəlbdən təşəkkür edir, cansağlığı, uzun ömür arzulayır və oğul toyu nəsib olsun deyirəm.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Buranın bütün problemləri həll olunacaqdır. Necə ki, yolların asfaltlanmasına başlanıb, küçə işıqlarının quraşdırılmasına başlanacaqdır. Kənd xəstəxanasının vəziyyəti ilə bağlı icra hakimiyyətinin başçısı və Hacıbala Abutalıbov indicə mənə məlumat verdilər, şəkilləri də göstərdilər. Əlbəttə ki, bu, dözülməz bir vəziyyətdir. Belə şəraitdə xəstələri müalicə etmək mümkün deyil. Ona görə mən dərhal göstəriş verəcəyəm, vəsait ayıracağam ki, tezliklə bunun yerində gözəl, müasir xəstəxana tikilsin.

Bilirsiniz ki, indi ölkəmizin hər bir yerində müasir tibb mərkəzləri yaradılır və əlbəttə ki, ilk növbədə Bakıda. Son illərdə Bakıda bir neçə müasir, gözəl xəstəxana tikilmişdir. Hər bir rayonda, hər bir bölgədə xəstəxanalar, tibb məntəqələri tikilir ki, insanların sağlamlığına biz yaxşı xidmət edə bilək. Əlbəttə ki, hər bir kəndin, qəsəbənin öz imkanları olmalıdır. Burada da tibb məntəqəsi olub, lakin əslində, buna xəstəxana demək çətindir, çünki çox balaca, köhnə bir yerdir.

SAKİNLƏR: Çox balacadır, ambulatordur. Əvvəl bura məktəb olub.

Prezident İlham ƏLİYEV: Ona görə yəqin ki, bu sökülməli və yerində yeni xəstəxana tikilməlidir.

SAKİN: Yadıma gəlir, bu bina 1936-cı ildə tikilibdir. Üstünü qaldırıb tikmək olar.

Prezident İlham ƏLİYEV: Hər halda, bunu ekspertizadan keçirərlər, baxarlar. Əgər lazım olarsa, yenisini, daha da yaxşısını tikərik.

SAKİN: Doğum evi də olsa çox gözəl olar.

Prezident İlham ƏLİYEV: Xəstəxanada mütləq doğum şöbəsi də olmalıdır.

SAKİN: Bir də avtobus marşrutu məsələsinin həllini xahiş edirik.

Prezident İlham ƏLİYEV: Bu dar küçələrlə necə gəlib-gedirsiniz?

SAKİN: İnanırsınız, palçıqda. İndi o qədər sevinirik ki, yolları asfaltlayırlar.

Prezident İlham ƏLİYEV: Əlbəttə, torpaq yola yağış yağanda palçıq olur.

SAKİN: Əhmədli də ən gözəl yerlərdən, məkanlardan biridir.

Prezident İlham ƏLİYEV: Gözəldir, dərhal hiss olunur ki, burada hava da gözəldir. Hamı da yaxşı yaşamalıdır. Mənim arzum bundan ibarətdir ki, hər bir yerdə, hər bir kənddə bütün şərait olsun: işıq, qaz, su, kanalizasiya, yollar, tibb məntəqəsi, məktəb.

Yadımdadır, o vaxt, birinci müşavirədə məsələ qaldırılmışdı ki, bəzi qəsəbələrdə məktəblər lazımi səviyyədə deyil. O məsələlərin böyük əksəriyyətini həll etmişik.

SAKİNLƏR: Bizim kənddə həllini tapıbdır.

Prezident İlham ƏLİYEV: Burada məktəb problemi yoxdur?

SAKİNLƏR: Yox, yoxdur.

SAKİN: Birincisi, xoş gəlmisiniz. Biz çox məmnun oluruq ki, Sizi burada yaxından belə görürük. Mən uzun müddətdir ki, Əhmədlidə yaşayıram və eyni zamanda, poliklinikada işləyirəm. Bina keçən əsrdə məktəb kimi tikilib, sonradan poliklinika üçün uyğunlaşdırılmışdır. Burada müasir tələblərə cavab verən tibbi xidmət göstərmək həkimlər üçün çox çətindir. Ona görə, cənab Prezident, Sizdən xahiş edirik ki, bunun yerində müasir tipli xəstəxananın tikilməsində kömək göstərəsiniz.

Prezident İlham ƏLİYEV: Mütləq olacaq.

SAKİN: Şəxsən öz adımdan və Əhmədlinin bütün ağbirçəkləri, anaları adından Sizə möhkəm cansağlığı, şərəfli işinizdə uğurlar, ailənizə xoşbəxtlik diləyirik. Allah Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Xəstəxana, stasionar, doğum şöbəsi, müayinə üçün avadanlıqlar, diaqnostika avadanlıqları – hamısı olacaq. Mən çox şadam ki, Siz kitabxana məsələsini qaldırırsınız.

SAKİNLƏR: Çünki lazımdır.

Prezident İlham ƏLİYEV: Əfsuslar olsun ki, indiki zəmanədə kitabxanalardan o qədər də çox istifadə olunmur. Siz ki, bu məsələni qaldırırsınız, deməli, buna tələbat var.

SAKİNLƏR: Var, oxuyurlar. Kitabxana bərbad vəziyyətdədir. Məşğulluq məsələsinə də baxılsa, çox yaxşı olardı. Biz Sizin çıxışlarınıza qulaq asırıq, izləyirik hamısını. Sizin xarici və daxili siyasətinizi dəstəkləyirik. Ümid edirik ki, bizim kənddə də iş problemi müəyyən dərəcədə həll olunacaqdır.

Prezident İlham ƏLİYEV: Əlbəttə, olunmalıdır. 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı proqramları icra olunur. Eyni zamanda, Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı proqramı olmalıdır, o cümlədən qəsəbələrə kreditlər də verilməlidir. Çünki bunlarda yüz minlərlə əhali yaşayır və onların da işlə təmin edilməsi məsələləri həll olunmalıdır. Bu məsələlərlə bağlı iqtisadi İnkişaf Nazirliyinə göstəriş verilibdir. Yaxın vaxtlarda bu məsələyə də baxılacaq, iş adamlarına, sahibkarlıqla məşğul olanlara şərait yaradılacaqdır. Kreditlər verilməlidir. Biz elə etməliyik ki, hər bir vətəndaşın işləmək imkanı olsun. Ona görə də işsizliyə qarşı mübarizə bizim üçün ən başlıca vəzifə idi. Bu gün də belədir. Baxmayaraq ki, işsizliyin böyük hissəsi aradan qaldırılıb, ancaq yenə də işsizlər var. İşləmək istəyən gərək işlə təmin olunsun.

İndi Bakıda və başqa şəhər və rayonlarımızda böyük tikinti işləri gedir. On minlərlə vətəndaş tikintilərdə işləyir, pul qazanır. İndi xaricə gedənlərin sayı da azalır. Əksinə, ölkəyə qayıdırlar, gəlməlidirlər, qayıtmalıdırlar. Yəni qayıtmaq üçün də burada şərait olmalıdır. İş, şərait olmalıdır. Əlbəttə, bunu da biz yaradırıq. Yenə də deyirəm, hər bir kəndin, qəsəbənin problemləri həll edilməlidir. Xüsusilə, Bakının ətrafında və bəzi hallarda Bakının içində yerləşən qəsəbələrin problemləri birinci növbədə həll olunmalıdır.

SAKİNLƏR: İnşallah, Allah qoysa.

Prezident İlham ƏLİYEV: Əlbəttə, mən yenə gələcəyəm. Mən hər bir yerə gedirəm, hər bir qəsəbəyə gedirəm.

SAKİNLƏR: Bizim poliklinikanın açılışına gələrsiniz.

Prezident İlham ƏLİYEV: Gələcəyəm.

SAKİNLƏR: İndidən Sizi açılışa dəvət edirik. Söz verirsiniz. Çox sağ olun.

SAKİN: Şəhid anası kimi mən oğlumun adına olan küçənin abadlaşdırılmasına görə Sizə öz minnətdarlığımı bildirirəm.

SAKİN: Mənim 7 şagirdim Vətən uğrunda şəhid olub, biri də Seyidxanımın oğludur.

Prezident İlham ƏLİYEV: Allah rəhmət eləsin.

SAKİN: Adlarına küçələr var, xatirələri yad olunur. Bizim camaat Vətənə o qədər məhəbbət bəsləyir ki, bu saat desələr, silaha sarılmağa hazır olarlar. Özü də ki, Siz deyəsiniz.

X X X

Sonda qəsəbə sakinləri dövlət başçısı ilə xatirə şəkli çəkdirdilər.

X X X

Əhmədli kəndinin sakinləri ilə görüşdən sonra Prezident İlham Əliyev Nizami rayonunun Keşlə qəsəbəsinə gəldi. Keşlə qəsəbəsinin sxemi əsasında da asfalt örtüyünün döşənməsinə ehtiyac olan küçələr barədə dövlətimizin başçısına məlumat verildi.

Keşlə qəsəbəsində də abadlıq və quruculuq tədbirlərinə yolların əsaslı təmiri ilə başlanılıb. Yararsız vəziyyətdə olan qəsəbədaxili yolların 18 min 200 kvadratmetrlik hissəsinə artıq asfalt döşənib. Yolların qalan 55 min kvadratmetrlik hissəsinə isə yeni asfalt örtüyünün döşənəcəyi qeyd olundu. Keşlə qəsəbəsində də küçələrin işıqlandırılmasına, su və kanalizasiya sisteminin yenidən çəkilməsinə başlanılacaqdır. Dövlətimizin başçısının tapşırığı ilə qəsəbənin “Qafqaz” yaşayış massivində 600 şagird yerlik yeni məktəb binası inşa olunacaqdır. Qəsəbədə müasir xəstəxana binasının və təcili yardım stansiyasının tikiləcəyi də nəzərdə tutulur.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev Keşlə qəsəbəsinin sakinləri ilə görüşdü.

Keşlə qəsəbəsinin sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV qəsəbə sakinlərini salamlayaraq dedi:

- Keşlə qəsəbəsinin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verilmişdir və o tapşırıqlar yerinə yetiriləcəkdir. Beləliklə, bu qəsəbədə olan bütün problemlər tədricən öz həllini tapacaqdır. Keşlə qəsəbəsinin ərazisi və əhalisi Nizami rayonunun təqribən yarısı qədərdir. Qədim yaşayış məntəqəsidir. Elə etməliyik ki, burada yaşamaq üçün bütün şərait yaradılsın. Sosial-iqtisadi inkişaf baxımından müəyyən işlər görülmüşdür. Yeni iş yerləri, yeni sənaye müəssisələri açılmışdır. Ancaq hələ görüləsi işlər çoxdur. İlk növbədə infrastruktur, su, kanalizasiya xətləri, qazlaşdırma prosesi daha da sürətlə getməlidir. İndi bu işlərin böyük əksəriyyəti görülüb. Amma bəzi hallarda qazın təzyiqi aşağı səviyyədədir. Yolların çəkilişi və yeni asfalt örtüyün vurulması məsələləri vardır. İndi mənə məlumat verilib ki, xəstəxananın tikintisinə ehtiyac vardır. Əlavə məktəb tikilməlidir. Yəni, bütün bu məsələlər Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramında öz əksini tapacaqdır. Proqram yaxın zamanlarda təsdiq olunacaqdır.

Amma biz vaxt itirməmək üçün artıq işlərə başlamışıq. Yollar çəkilir və lazım olan digər məsələlər öz həllini tapmalıdır. Hər bir yaşayış məntəqəsində, Bakının hər bir qəsəbəsində normal, yaxşı şərait yaradılmalıdır. Mən isə gəlmişəm ki, bu gün sizlə görüşüm, sizdən eşidim hansı işlər görülməlidir, əhalini narahat edən məsələlər nədir, nəyi biz əlavə etməliyik?! Çünki mən sizdən eşitmək istəyirəm. Qəsəbə sakinlərini nələr, hansı məsələlər narahat edir ki, biz onları operativ şəkildə həll edək.

SAKİN: Əsas məsələ evlərin özəlləşdirilməsi idi ki, bu barədə Sərəncam vermisiniz.

Prezident İlham ƏLİYEV: Qeydiyyatla bağlı?

SAKİN: Bəli, qeydiyyatla bağlı. Biz bu Sərəncamı gözləyirdik. Çox sağ olun, Sizə təşəkkür edirik. Sizə minnətdarıq ki, belə bir Sərəncamı verdiniz. Çox böyük problem idi.

Prezident İlham ƏLİYEV: Uzun illərdir ki, gündəlikdə duran problemdir. Uzun illər idi ki, həll olunmurdu. Ancaq biz bunu həll eləməliyik.

SAKİN: Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Amma elə həll eləməliyik ki, bu məsələdə xoşagəlməz halları aradan götürək. Ona görə göstəriş verilib, indi xüsusi bir mexanizm hazırlanır ki, biz bunu necə tezliklə və şəffaf şəkildə edək. Həm də evin sənədini almaq istəyənə qarşı qanunsuz tələblər irəli sürülməsin. Şəffaf, rüşvətsiz.

SAKİN: Keşlədə abadlaşma işləri doğrudan da xoş əhval-ruhiyyə yaradır. Əsas da bu Sərəncamı verəndən sonra. Mənim artıq yaşımın demək olar ki, yarısı getmişdi. Mən heç bu Sərəncamı gözləmirdim də. Odur ki, çox sağ olun, çox təşəkkür edirəm. Mən Sizə cansağlığı arzulayıram.

Prezident İlham ƏLİYEV: Sağ olun. Biz bunu tezliklə edəcəyik ki, insanlar da necə deyərlər, öz hüquqlarından tam şəkildə istifadə etsinlər. Sənədləşmə, sonra qeydiyyatın olmaması ilə bağlı digər problemlər də meydana çıxır və biz bu məsələni birdəfəlik həll etməliyik.

Keşlədə və bütün qəsəbələrdə abadlıq işləri gedir. Parklar, küçələr abadlaşır, küçə işıqları quraşdırılır. Rayonda işlər yaxşı gedir, daha da sürətli gedir. İndi Bakı dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bakı qəsəbələri də gözəl olmalıdır. Burada yaşamaq, işləmək üçün bütün şərait olmalıdır.

SAKİN: Sizin sayənizdə! Cənab Prezident, mən Sizi Keşlə ziyalıları, sakinləri adından salamlayıram, Sizə “Xoş gəlmisiniz” deyirəm. Həmişə Siz gələsiniz. On il bundan əvvəl bu şəraiti görmək olmazdı. İndi Keşlədə asfaltsız küçə yoxdur. Bu, Sizin qayğınız, dövlətin qayğısının nəticəsidir. Ona görə də biz Sizə minnətdarıq. Ailənin başında duran adam yerində olursa, o ailə möhkəm və sağlam olur. Dövlətin də başında duran Prezidenti əgər yerindədirsə, o dövlət inkişaf edəcək, çiçəklənəcəkdir. Ona görə biz Sizə minnətdarıq. İndi nəinki Keşlə qəsəbəsi, bütün Azərbaycan böyük tikinti meydançasını xatırladır. Bu, bizim fəxrimizdir. Təkcə tikinti deyil, iqtisadiyyatımız da inkişaf edir. Biz Sizin siyasətinizi dəstəkləyirik və həmişə dəstəkləmişik. Biz Sizin strategiyanızı müdafiə edirik, Sizə təşəkkürümüzü bildiririk. İndi bizim bədxahlarımız, qonşularımız və yaxud da içimizdə olan bəziləri bu inkişafımıza xor baxmaq, ona kölgə salmaq istəyir. Amma bunlar onların xam xəyalıdır.

Azərbaycan iri addımlarla irəliləyir. Azərbaycan yüksəlir, inkişaf edir. Azərbaycanda əmin-amanlıqdır, sabitlikdir. Buna görə də Azərbaycanı o inkişaf kursundan heç bir qüvvə döndərə bilməz. Mən müəlliməm, təhsil işçisiyəm və valideynlərlə həmişə təmasdayam, onların fikirləri bizə aydındır. Ona görə əmin olun ki, biz Sizi həmişə dəstəkləmişik, dəstəkləyirik. Biz Sizin ətrafınızda yumruq kimi birləşmişik. Siz Heydər Əliyevin siyasətini çox gözəl davam etdirirsiniz, ona görə biz arxayınıq. Arxayınıq ki, dövlətimizin başçısı dünya miqyasında nüfuz sahibidir. Necə deyərlər, imzalar içində imzamız, dövlətlər içində səsimiz vardır. Ona görə də Azərbaycan inkişaf etməkdə olan dövlətlər sırasındadır. Ona görə də, cənab Prezident, mən Sizə minnətdaram. İnsan elə bir xilqətdir ki, azca bir diqqət onu ruhlandırır. Sizin kiçikdən böyüyə, ən ucqar rayondan mərkəzə qədər göstərdiyiniz qayğı hamının ürəyincədir. Bizə bu diqqətinizə görə Sizə sağ olun deyirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun.

SAKİN: Sizə bu qayğınıza görə sağ olun deyirik. Sizin təkcə təhsilə göstərdiyiniz qayğı kifayətdir. İndi biz neftə arxalanmamalıyıq. Sizin insan kapitalını inkişaf etdirmək istiqamətində gördüyünüz işlər, yeni texnologiyadan istifadə etməyimiz barədə verdiyiniz sərəncamlar çoxdur. Hazırda Keşlədə üç məktəb vardır. Hər üçünün də çox gözəl şəraiti vardır və yenə də təmin olunurlar. Uşaqlarımıza mərkəzdə olan uşaqlar kimi yaxşı şərait yaradılıb. İnanın ki, gələnlər deyir ki, doğrudanmı burada belə gözəl məktəb vardır? Bu da Sizin sayənizdədir, dövlətin qayğısının sayəsindədir. Ona görə biz Sizin fəaliyyətinizi alqışlayırıq. Sizə uzun ömür, cansağlığı arzulayırıq. Arzu edirik ki, ömrünüz uzun, canınız sağlam olsun ki, Azərbaycanı daha da irəliyə aparasınız. Minnətdarıq Sizə.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, xoş sözlərinizə görə minnətdaram. Bu mənim işimdir, mənim borcumdur. Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Yəni, əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı. Ona görə Bakıda, ətraf qəsəbələrdə, hər bir rayonda, Azərbaycanın ən ucqar yerində inkişaf, abadlıq, quruculuq vardır. Məktəb tikintisi, xəstəxanaların tikintisi – nədir bu? Siz tamamilə haqlısınız, bu, gələcəyə atılmış addımlardır. Gənclərimiz bilikli, savadlı, vətənpərvər, sağlam olmalıdırlar. Hər bir yerdə idman kompleksi qurulur, idman meydançaları, məktəblər, xəstəxanalar, diaqnostika mərkəzləri tikilir. Hər dəfə diaqnostika mərkəzlərinin, xəstəxanaların açılışında mən insanlara müraciət edirəm, deyirəm ki, gərək hər bir vətəndaş ildə bir dəfə müayinədən keçsin. Əgər hər hansı bir xəstəlik varsa, o, müəyyən olunmalıdır. İndi imkanlar da vardır, həkimlərimiz də peşəkardır. İndi bütün imkanlar var ki, biz insanların sağlamlığına yaxşı səviyyədə qulluq edək.

Abadlıq, quruculuq işləri gedir. Yəni, biz hamımız istəyirik ki, ölkəmiz daha da inkişaf etsin, çiçəklənsin, güclənsin və bunu etmək üçün bütün imkanlar vardır. İlk növbədə xalqla iqtidar arasında birlik vardır. Bu birliyi heç kim sarsıda bilməz, heç kim buna zərbə vura bilməz. Bizim təşəbbüslərimiz Azərbaycanın gələcəyinə yönəlib. Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi sabitliyi böyük dəyərimizdir.

Biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. O illərdə xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu. Ölkəmiz məhv olurdu, parçalanırdı, dağıdılırdı. Ancaq bu gün sabitlik, inkişaf vardır, insanlar təhlükəsizlik şəraitində yaşayırlar. Bakı dünya miqyasında ən təhlükəsiz şəhərlərdən biridir. Gecə-gündüz insanlar rahat yaşayırlar, uşaqlar rahat gəzir, yaşlılara hörmət vardır. Biz milli ənənələrimizi qoruyuruq. Bu da çox böyük dəyərdir. Bəzi hallarda biz, yəni, bu işlərə, bu məsələlərə indi öyrəşmişik, hesab edirik ki, hər yerdə belədir. Hər yerdə belə deyildir. Azərbaycan xalqının milli mənəvi dəyərləri çox yüksək səviyyədədir. Biz onları qorumalıyıq. Gənc nəsil də milli ruhda tərbiyə olunmalıdır ki, Azərbaycanın uğurlu, hərtərəfli inkişafı dayanıqlı və daimi olsun.

SAKİN: Biz də Sizin qayğınızı doğrultmağa çalışacağıq.

Prezident İlham ƏLİYEV: Mənin də işim ondan ibarətdir ki, Azərbaycan xalqına xidmət edim. Bu işi yaxşı görmək üçün gərək mən bilim ki, hansı məsələlər var, onlar da həll olunmalıdır. Əlbəttə, mənə ölkədə gedən proseslərlə bağlı gündəlik arayışlar, məlumatlar verilir. Ancaq mən hər şeyi öz gözümlə görməliyəm və məhz sizdən eşitməliyəm.

Bax bu gün gəlmişəm bura. Artıq mənə deyilir ki, xəstəxananın, əlavə məktəbin tikintisinə ehtiyac vardır. Küçə işıqları bəzi hallarda yoxdur, asfaltlaşma getməlidir, ondan sonra kanalizasiya, su xətləri çəkilməlidir. Biz isə bunları görəcəyik. Yəni, bunları, bu işləri görmək üçün bütün imkanlar vardır.

SAKİN: Vaxt lazımdır.

Prezident İlham ƏLİYEV: Vaxt, iradə və Vətənə sevgi olmalıdır. Hər bir dövlət məmuru xalqa xidmət etməlidir. Hər bir icra başçısını vəzifəyə təyin edərkən, qəbul edərkən göstəriş verirəm ki, get, xalqa xidmət elə, bu yüksək məsuliyyəti, bu etimadı doğrult. Mənim birinci tələbim xalqa xidmət etməkdir, problemləri həll etmək, şərait yaratmaq, insanları incitməmək, əsassız tələblər irəli sürməməkdir. Yəni, belə olmalıdır, ədalət olmalıdır. Birinci növbədə sosial ədalət. İndi Azərbaycanda elələri vardır ki, yaxşı yaşayır, elələri vardır ki, orta səviyyədə, elələri də vardır ki, pis yaşayır. Onlar da vardır. Onlar olmamalıdır, biz onların səviyyəsini qaldırmalıyıq. İndi 500 mindən artıq vətəndaş ünvanlı sosial yardım alır. Bu, nə deməkdir? O deməkdir ki, onun normal yaşamağa imkanı yoxdur. Dövlət kömək etməlidir. Ünvanlı sosial yardımı alanlar - hər ailə - haradasa 100 manat səviyyəsində müavinət alır. Yəni dövlət öz tərəfindən kömək göstərir. Amma elə etməliyik ki, şərait olsun, hər bir vətəndaş işlə təmin edilsin, yaxşı maaş alsın və yaxşı da yaşasın. Bizim istəyimiz bundan ibarətdir.

Əgər hər bir qəsəbənin məsələləri həll olunarsa, onda ölkədə problem qalmaz. Biz iqtisadi və sosial problemləri mütləq həll edəcəyik. Sosial ədalətlə bağlı məsələlərdə hər bir dövlət məmuru vicdanlı olmalıdır, yenə də deyirəm, insanlara qulluq etməlidir. Dövlət məmurunun vəzifəsi ondan ibarətdir. Xalq da nəzarət etməlidir. Mən dəfələrlə müraciət etmişəm, bir də müraciət etmək istəyirəm. Harada ki, işlər yaxşı getmir, qüsurlar, çatışmayan cəhətlər vardır, məlumat verin, məktub göndərin. İndi elektron poçt vardır. Məktubla müraciət edin. Biz bilməliyik.

İndi korrupsiyaya qarşı qurumda “qaynar xətt” yaradılıbdır. Zənglər, müraciətlər gəlir. Onlara operativ şəkildə münasibət bildirilir, məsələlər araşdırılır, cəza tədbirləri görülür. Biz bütün xoşagəlməz halları Azərbaycanda aradan götürməliyik. Sosial ədalət prinsipləri tam bərqərar olunmalıdır. İnsanların yaşaması, işləməsi üçün bütün şərait olmalıdır və biz bunu etmək üçün çalışırıq.

Mən Keşlə qəsəbəsinin də gələcək inkişafını çox gözəl görürəm. Burada, bütövlükdə rayonda işlər yaxşı gedir. Siz özünüz də qeyd etdiniz. Qısa müddət ərzində. Daha da sürətlə getməlidir.

SAKİN: Bütün bunların hamısı göz qabağındadır. Bunları görməmək qeyri-mümkündür. Bunlar hamısı Sizin sayənizdə baş vermişdir. Mən yaşlı nəslin nümayəndəsi, bir ağsaqqal kimi nəyi demək istəyirdim. Siz elə bir insanın övladı, elə bir insanın varisisiniz ki, bütün bu işləri Sizdən başqa heç bir kəs görə bilməz. Mən ürək sözlərimi Sizin icazənizlə, yazdığım iki bənd şeirlə ifadə etmək istəyirəm.

Qoymadın darda Vətəni, eli,

Səsinə səs verdin, ay Heydər baba!

Kəsdi ölkəmizə uzanan əli,

Atəşkəs silahın, ay Heydər baba!

Qurduğun dövlətin yaşayacaqdır,

Necə ki, yolunda İlhamın vardır.

Ardınca gələnlər davamçılardır,

Yaşadacaq onlar, ay Heydər baba!

SAKİN: Cənab Prezident, bu, həm həkimimizdir, həm də Füzuli qaçqınıdır.
Sonda sakinlər Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər. 

SƏNƏDLƏRFərmanlar07 iyul 2020
19:30
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 625-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 30 may tarixli 1435 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 21 iyun tarixli 1474 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 967-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1808 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1077-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 14 may tarixli 66 nömrəli və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1114-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 22 may tarixli 79 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci...

07 iyul 2020, 19:30
SƏNƏDLƏRFərmanlar07 iyul 2020
19:25
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” 2002-ci il 24 avqust tarixli 776 nömrəli və “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 244 nömrəli fərmanlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci...

07 iyul 2020, 19:25
SƏNƏDLƏRFərmanlar07 iyul 2020
19:20
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 dekabr tarixli 822 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli 122-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 443 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 7 may tarixli 755 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli və “Məhkəmələr və hakimlər haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Prokurorluq haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 23 noyabr tarixli 185 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci...

07 iyul 2020, 19:20
SƏNƏDLƏRFərmanlar07 iyul 2020
18:50
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 392 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 126-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 1 iyul tarixli 459 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2012-ci il 8 may tarixli 624 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 9 avqust tarixli 1008 nömrəli və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 329-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 14 noyabr tarixli 1105 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 de...

07 iyul 2020, 18:50
SƏNƏDLƏRFərmanlar07 iyul 2020
16:37
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 105-VIQD nömrəli Qanununun tətbiqi və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 105-VIQD nömrəli...

07 iyul 2020, 16:37
SƏNƏDLƏRQanunlar07 iyul 2020
16:35
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericili...

07 iyul 2020, 16:35
SƏNƏDLƏRQanunlar07 iyul 2020
16:10
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplu...

07 iyul 2020, 16:10
SƏNƏDLƏRFərmanlar06 iyul 2020
16:00
Azərbaycan Respublikası Prezidentinin “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 6 iyul tarixli 668 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 ...

06 iyul 2020, 16:00