İlham Əliyev Argentinanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

10 mart 2011, 20:10

Prezident İlham Əliyev Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Armando Xuan Xose Maffeinin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Armando Xuan Xose Maffei etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Bundan əvvəl Azərbaycana Argentina nümayəndə heyətinin tərkibində ilk dəfə səfər etdiyini və səfər çərçivəsində özəl sektorla bağlı məhsuldar müzakirələr apardıqlarını xatırlayan səfir Armando Xuan Xose Maffei indiki səfəri zamanı ölkəmizdə gedən möhtəşəm quruculuq işlərinin onda çox böyük təəssüratlar oyatdığını dedi. Azərbaycanın Argentinada səfirliyinin fəaliyyət göstərməsinin önəmini vurğulayan Armando Xuan Xose Maffei ölkəsinin gələn il iqamətgahı Azərbaycanda olmaqla diplomatik nümayəndəliyinin fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlət başçısı ölkəmizdə inkişaf proseslərinin sürətlə getdiyini və bütün sahələri əhatə etdiyini vurğuladı. Azərbaycanda sabit maliyyə və siyasi sistemin mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlıq sistemində fəal rol oynadığını bildirdi və Argentina ilə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

SƏNƏDLƏRFərmanlar23 aprel 2019
16:30
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə...

23 aprel 2019, 16:30