İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
10 mart 2011, 16:10
Prezident İlham Əliyev Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luc Truyensin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Luc Truyens etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Dövlət başçısı Azərbaycan ilə Belçika Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi sahədə yeni əməkdaşlıq imkanlarının olduğunu dedi, qarşıdakı illər ərzində bu sahədə daha fəal əlaqələr qurulacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirin ikitərəfli əlaqələrimizin inkişafı işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Diplomat Luc Truyens Belçika Kralı II Albertin salamlarını dövlətimizin başçısına çatdırdı. Səfir ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün imkanların olduğunu bildirdi.
Azərbaycan Prezidenti Belçika Kralı II Albertin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belçika dövlətinin başçısına çatdırmağı xahiş etdi.