“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

16 sentyabr 2015, 20:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 497 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 94, № 11, maddə 1111; 2009, № 4, maddə 226, № 6, maddə 417; 2014, № 10, maddə 1199; 2015, № 3, maddə 273) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənddə “və 6.9-cu maddələrində” sözləri “, 6.9-cu və 8.3-cü maddələrində, 8.4-cü maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilsin.

2. 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:

“2.5. həmin Qanunun 8.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2015-ci il.

SƏNƏDLƏRFərmanlar26 mart 2020
16:45
2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə Dəyişiklik haqqında Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT...

26 mart 2020, 16:45