İlham Əliyev Belarusun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

04 sentyabr 2015, 17:10

Prezident İlham Əliyev Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçin etimadnaməsini qəbul edib.

Səfir Gennadi Axramoviç fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Gennadi Axramoviç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Diplomat Gennadi Axramoviç ölkəmizə gəldiyi ilk gündən xalqımız tərəfindən ona göstərilən qonaqpərvərliyin və səmimi münasibətin onda xoş təəssürat yaratdığını dedi.

Xoş sözlərə görə səfirə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan xalqının da Belarus xalqına böyük rəğbət bəslədiyini vurğuladı. Ölkələrimiz və xalqlarımız arasında yüksək səviyyəli əlaqələrə toxunan Prezident İlham Əliyev dövlət başçıları və ayrı-ayrı qurumların rəhbərləri arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulayaraq ikitərəfli münasibətlərimizin dostluq və qarşılıqlı yardım prinsipləri əsasında qurulmasından məmnunluğunu ifadə etdi.

Xalqlarımızı bir-birinə yaxınlaşdıran çoxlu sayda dəyərlərin olduğunu qeyd edən Prezident İlham Əliyev son illər Azərbaycan ilə Belarus arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə inkişaf etməsinin önəmini diqqətə çatdırdı. Münasibətlərimizin daha da inkişaf etdirilməsinin əhəmiyyətini bildirən Prezident İlham Əliyev bu əlaqələrin möhkəmləndirilməsi baxımından səfirliyin rolunu xüsusi vurğuladı. Dövlətimizin başçısı Gennadi Axramoviçin diplomatik fəaliyyəti dövründə fəal çalışacağına, yeni əməkdaşlıq formalarının müəyyənləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirərək ona diplomatik fəaliyyətində uğurlar arzuladı.

Fövqəladə və səlahiyyətli səfir Gennadi Axramoviç Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etdirilməsi və əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi ilə bağlı ölkələrimiz arasında əsaslı bazanın yaradıldığını vurğuladı. Gennadi Axramoviç Azərbaycana səfir kimi təyinatını qəbul edərkən ölkəsinin Prezidenti Aleksandr Lukaşenkodan əlaqələrimizin mövcud baza üzərində əhəmiyyətli və dinamik şəkildə daha da inkişaf etdirilməsi ilə bağlı çox dəqiq göstərişlər aldığını bildirdi. Səfir ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirdi.

SƏNƏDLƏRFərmanlar22 aprel 2019
17:20
“Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqın...

22 aprel 2019, 17:20
SƏNƏDLƏRQanunlar22 aprel 2019
17:15
“Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu...

22 aprel 2019, 17:15
SƏNƏDLƏRFərmanlar22 aprel 2019
17:05
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyab...

22 aprel 2019, 17:05
SƏNƏDLƏRSərəncamlar19 aprel 2019
16:15
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam et...

19 aprel 2019, 16:15
SƏNƏDLƏRSərəncamlar18 aprel 2019
16:58
Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdir...

18 aprel 2019, 16:58