Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı​

10 avqust 2015, 19:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1.  5.4-cü bənddə “5.5-5.7-ci” sözləri “5.5-ci və 5.6-cı” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 5.7-ci bənd əlavə edilsin:
“5.7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Əsasnamənin 3.1-ci və 3.5-ci bəndlərində nəzərdə tutulmuş istənilən məsələ ilə bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər. Bu məqsədlə həmin məlumatlar Ədliyyə Nazirliyi tərəfindən Reyestrin internet şəbəkəsində yerləşdirilir.”.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
     

Bakı şəhəri, 10 avqust 2015-ci il.

SƏNƏDLƏRFərmanlar26 mart 2020
16:45
2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə Dəyişiklik haqqında Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT...

26 mart 2020, 16:45