01 iyul 2015, 19:00

Səfər Pürhanidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizi birinci Avropa Oyunlarının uğurla başa çatması və Azərbaycan idmançılarının əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edirəm. Bu mötəbər və möhtəşəm tədbirin təşkili, keçirilməsi bilavasitə Sizin iradənizin uğurudur. Siz bir daha sübut etdiniz ki, uğurlar birinci şəxsin - liderin mövqeyindən asılıdır. Sizin Azərbaycanın dünya birliyinə inteqrasiya etməsində əvəzsiz xidmətləriniz xalq və ziyalılar tərəfindən yüksək qiymətləndirilir. Siz Azərbaycanın milli qəhrəmanısınız. Siz bunu gündəlik fəaliyyətinizlə sübut edirsiniz. Mən fəxr edirəm ki, Azərbaycan vətəndaşına hər zaman nümunə ola biləcək İlham Heydər oğlu Əliyev kimi Azərbaycan vətəndaşı var. Qürur hissi keçirirəm ki, İlham Əliyev kimi Prezidentim var. Sizin rəhbərliyinizlə Azərbaycan Avropa və dünya idmanında yeni tarix yaradaraq onu öz möhürü ilə təsdiq etdi. Sizin rəhbərliyinizlə Azərbaycan yeni-yeni zirvələri fəth edəcək. Bu yolda Sizə uzun ömür, möhkəm iradə, fədakarlıq və qətiyyət arzu edirəm. 

Tanrı Sizi qorusun. 

Dərin hörmətlə,

Səfər Həsən oğlu Pürhani

Milli Aviasiya Akademiyasının professoru 

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu