İlham Əliyev Azərbaycanın aktivinə yazılan 13-cü qızıl medalı ilk Avropa Oyunlarının çempionu Radik İsayevə təqdim edib

19 iyun 2015, 23:15

Birinci Avropa Oyunlarında taekvondo yarışlarının sonuncu günündə - iyunun 19-da bütün rəqiblərinə qalib gələn Azərbaycan idmançısı Radik İsayev qızıl medalın sahibi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri taekvondoçumuzun final qarşılaşmasını izləyiblər. 

Birinci Avropa Oyunlarının “Baku Crystal Hall”da keçirilən taekvondo yarışlarının son günü ağır çəkili idmançılar yarışdılar. Kişilər arasında 80 kiloqram çəki dərəcəsində Azərbaycan yığmasının lideri Radik İsayev dörddə bir finalda Hollandiya təmsilçisi Yeroen Vanroiyunu 8:6 hesabı ilə məğlub etdi. İkidə bir finalda sloveniyalı İvan Konrad Trajkoviç ilə qarşılaşan təmsilçimiz yenə də çətinlik çəkmədən qələbə qazandı. Radik İsayev ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən döyüş yarımçıq dayandırıldı və dünya çempionumuz finala vəsiqə qazandı. Finalda taekvondoçumuzun rəqibi Rusiya idmançısı Vladislav Larin oldu. Rəqibini 4:3 hesabı ilə məğlub edən Radik İsayev birinci Avropa Oyunlarının çempionu oldu. Bununla da Azərbaycanın aktivindəki qızıl medalların sayı 13-ə çatdı. 

Sonra mükafatlandırma mərasimi oldu. 

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi. 

Birinci Avropa Oyunlarının çempionu Radik İsayevin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı. 

Xatırladaq ki, taekvondo yarışlarında Ayxan Tağızadə və Milad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazanıblar. Birinci Avropa Oyunlarında ölkələrin medal sayına nəzər salsaq görərik ki, Azərbaycanın aktivində 13-ü qızıl, 5-i gümüş, 12-si isə bürünc olmaqla 30 medal var.

SƏNƏDLƏRSərəncamlar19 oktyabr 2018
11:15
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1281-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-c...

19 oktyabr 2018, 11:15