16:35
“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
06 aprel 2015, 20:50
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1000-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 747; 2008, № 11, maddə 960) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci maddədə “Sığorta fəaliyyəti haqqında”,” sözlərindən sonra “İcbari sığortalar haqqında”,” sözləri əlavə edilsin.
2. 5.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.2.7-ci maddə əlavə edilsin:
“5.2.7. sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.”.
3. Aşağıdakı məzmunda 9.3-1-ci maddə əlavə edilsin:
“9.3-1. Sığortaçı sığorta ödənişini bu Qanunun 9.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 fevral 2015-ci il.
16:35
16:20
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xırdalan şəhərində ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qa...
16 dekabr 2019, 16:2016:23
Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbri...
14 dekabr 2019, 16:2316:20
Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azər...
14 dekabr 2019, 16:2016:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siy...
14 dekabr 2019, 16:1021:05
Hörmətli cənab Baş nazir,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibəti...
13 dekabr 2019, 21:0516:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər h...
13 dekabr 2019, 16:5016:45
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avto...
13 dekabr 2019, 16:4516:30
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.
1987-ci ilin sonlarında yenidən ortaya atıl...
13 dekabr 2019, 16:3014:05
11:50
10:20