İlham Əliyev Həbəşistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

28 mart 2015, 18:45

Prezident İlham Əliyev Həbəşistan Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehin etimadnaməsini qəbul edib.

Səfir Ayalev Qobezie Vorkneh fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Ayalev Qobezie Vorkneh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Həbəşistan Federativ Demokratik Respublikası arasında ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün imkanların araşdırılmasının zəruriliyini qeyd etdi.

Səfir Ayalev Qobezie Vorkneh Həbəşistan Federativ Demokratik Respublikasının Prezidenti Mulati Teşomenin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə son illər dinamik şəkildə inkişaf edən ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, biznes, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Prezident Mulati Teşomenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Həbəşistan Federativ Demokratik Respublikası dövlətinin başçısına çatdırmağı xahiş etdi.

SƏNƏDLƏRFərmanlar10 dekabr 2019
16:28
“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il ...

10 dekabr 2019, 16:28
SƏNƏDLƏRSərəncamlar10 dekabr 2019
16:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakis...

10 dekabr 2019, 16:20