Azərbaycan-Latviya sənədlərinin imzalanma mərasimi olmuşdur

17 yanvar 2011, 16:00

Riqada Azərbaycan-Latviya sənədlərinin imzalanma mərasimi olmuşdur. 

Dövlət başçıları İlham Əliyev və Valdis Zatlers “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə bəyannaməsi”ni imzaladılar.

“Azərbaycan Respublikasının Hökuməti ilə Latviya Respublikasının Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Latviyanın daxili işlər naziri xanım Linda Murniese imzaladılar.

“Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım və informasiya mübadiləsi haqqında saziş”i Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Latviyanın Gəlirlər üzrə Dövlət Agentliyinin baş direktoru xanım Nelija Jezdakova imzaladılar. 

SƏNƏDLƏRSərəncamlar14 avqust 2018
17:55
Füzuli rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralı...

14 avqust 2018, 17:55