İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

26 noyabr 2014, 16:15

Prezident İlham Əliyev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsenin etimadnaməsini qəbul edib.

Səfir Ceyms Martin Larsen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Ceyms Martin Larsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında yaxşı əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı Avstraliyanın Baş naziri ilə görüşünü və ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı apardıqları müzakirələri məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin perspektivləri, qarşılıqlı biznes və investisiya imkanlarının öyrənilməsi istiqamətində işlərin aparılmasının vacibliyini qeyd etdi.

Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsen ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, təhsil və digər sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu dedi. O, ikitərəfli münasibətlərimizin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.

SƏNƏDLƏRSərəncamlar18 may 2019
16:20
T.A.Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

...

18 may 2019, 16:20
SƏNƏDLƏRFərmanlar17 may 2019
18:10
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 713 nömrəli və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral ta...

17 may 2019, 18:10
SƏNƏDLƏRQanunlar17 may 2019
15:45
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ...

17 may 2019, 15:45