İlham Əliyev Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak edib

17 oktyabr 2014, 21:30
İlham Əliyev Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak ediblər.

Avropa ilə Asiya arasında körpü olan respublikamızda idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkədə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna möhkəm zəmin yaradır.

Son illərdə Azərbaycana böyük turist axını müşahidə olunmaqdadır. Məhz bu baxımdan respublikamızda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər görülür. Bu otellərdə qonaqlara yüksək səviyyəli xidmətlər göstərilir. Digər tərəfdən, dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin tez-tez keçirildiyi məkana çevrilib. Bununla bərabər, ölkəmizdə qeyri-neft sektorunun inkişafı da başlıca prioritetlərdəndir.

Naftalanda inşası yenicə başa çatan “Qarabağ SPA and Resort” otel kompleksi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Son illərdə bölgələrdə istifadəyə verilən müasir mehmanxana kompleksləri arasında özəlliyi ilə seçilən bu müalicə və istirahət məkanında yaradılan yüksək şərait bir daha təsdiqləyir ki, bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır. Bu kompleks təkcə Naftalanın deyil, bütün bölgənin əhəmiyyətli turizm obyektidir.

Prezident İlham Əliyev otel kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, burada tikinti işlərinə 2012-ci ildən başlanıb. Görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Sahəsi 13 hektardan çox olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Burada balacalardan tutmuş böyüklərə qədər hamının maraq dairəsi nəzərə alınıb, onlar üçün guşələr yaradılıb. Tennis kortu, basketbol meydançası, qolf sahəsi istirahətə gələnlərə unudulmaz anlar bağışlayacaq. Helikopter meydançasının da olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları, geniş yaşıllıq zolaqları salınıb.

Diqqətə çatdırıldı ki, otelin beşmərtəbəli binasında turistlərə ən yüksək səviyyədə xidmət göstəriləcək. Müxtəlif korpusları özündə birləşdirən kompleksdə yaradılan ideal şərait bir daha ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən diqqəti nümayiş etdirir. SPA terapiya üsullarına geniş yer verilən oteldə müxtəlif restoranlar və kafelər burada istirahətə gələnlərin istək və arzularının yerinə yetirilməsinə imkan verir.

Bildirildi ki, 264 yerlik oteldə bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var. Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır. Onların ixtisaslarının artırılması ilə bağlı müvafiq işlər gedir və bu, gələcəkdə də davam etdiriləcək.

Sonra Prezident İlham Əliyev otelin əməkdaşları ilə görüşdü.

Şəhər ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Sizi “Qarabağ” otelinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox gözəl oteldir, böyük zövqlə tikilib. Həm xarici görünüşü, həm daxili tərtibatı ən müasir standartlara cavab verir. Əminəm ki, qonaqlar burada yaxşı istirahət edəcək, yaxşı müalicə alacaqlar. Müalicə üçün də bütün imkanlar var. Mən indi otellə tanış oldum, burada ən müasir avadanlıq quraşdırılıb və bütün lazımi şərait yaradılıb. Ərazisi də abadlaşdırılıb, yəni, gəzinti üçün gözəl imkanlar var.

Bu otel ölkəmizdə turizmin inkişafı üçün öz rolunu oynayacaq. Çox şadam ki, Naftalanda otellərin sayı artır. Bu vaxta qədər Naftalanda tikilən bütün yeni otellərin açılışlarında şəxsən iştirak etmişəm – “Çinar” oteli, “Qaşaltı”, - indi onun adı “Rixos” olmuşdur, - indi də “Qarabağ” oteli. Adı da, özü də gözəldir və bu, əslində Naftalanı dünyaya beynəlxalq turizm mərkəzi kimi geniş şəkildə təqdim edəcək.

Naftalanın çox böyük tarixi, şöhrəti var. Biz bu şöhrəti indi bərpa edirik. Sovetlər vaxtında 80 minə qədər turist gəlirdi. Biz son illərdə bu praktikanı bərpa edirik. Bu il 15 minə qədər turistin gəlişi gözlənilir. Hələ ki, biz sovet səviyyəsinə çatmamışıq, ancaq əminəm ki, çatacağıq.

Siz yəqin bilirsiniz ki, bir neçə il bundan əvvəl “Çinar” otelinin yenidən qurulub istifadəyə verilməsi ilə Naftalanda otel biznesi sürətlə inkişaf etməyə başlamışdır. O vaxta qədər Naftalanın inkişafı o qədər də sürətlə getmirdi. Erməni işğalından əziyyət çəkən soydaşlarımız burada məskunlaşmışdılar. Bütün keçmiş sanatoriyalarda, pansionatlarda məcburi köçkünlər məskunlaşmışdılar. Biz ilk növbədə, onların problemlərini həll etməyə başladıq və buna nail olduq. Onlar indi gözəl evlərə köçürülüblər və məcburi köçkünlər üçün çox gözəl şərait yaradılıb. Köhnə, sovet vaxtından qalan sanatoriyaların yerlərində bax, belə gözəl otellər tikilir.

Vaxtilə burada “Qarabağ” sanatoriyası yerləşirdi. Tamamilə yararsız vəziyyətdə idi, söküldü və yerində yenə də “Qarabağ” adını saxlamaq şərti ilə gözəl, ən yüksək dünya səviyyəsinə uyğun otel tikilib. Beləliklə, hazırda Naftalanda beşulduzlu 3 otel fəaliyyət göstərir. Əminəm ki, gələcəkdə bu otellərin sayı daha da artacaq. Çünki əgər sovet dövründə Naftalana daha çox sovet məkanından gəlirdilərsə, indi biz istəyirik ki, həm əlbəttə, postsovet məkanından, eyni zamanda, başqa xarici ölkələrdən də turistlər gəlsinlər. Çünki indi bütün imkanlar var. Gəncə Beynəlxalq Aeroportu tikilib, yaxşı yollar salınıb. Naftalan şəhəri gözəlləşir, abadlaşır, bütün binalar bərpa edilir, ictimai yerlər, parklar yaradılır. Yəni, Naftalan əslində dünya miqyasında bir turizm mərkəzinə çevrilir.

Yəqin bilirsiniz ki, dünyada, xüsusilə dünyanın qabaqcıl ölkələrində tibbi turizm də inkişafdadır. Hesab edirəm ki, Azərbaycan da bu sahədə öz sözünü deməlidir. Azərbaycanda tibbi-müalicəvi turizmin inkişafına məhz Naftalanda start verilmişdir. Əminəm ki, bu proseslər, bu meyillər uğurla davam edəcək. Çünki Azərbaycanda belə müalicəvi yerlər kifayət qədər çoxdur. Onlardan biri də Qalaaltıdır. Orada da insan orqanizmi üçün çox xeyirli su mənbəyi vardır. İndi orada da otel tikilir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Naxçıvanda duz mağaralarında, digər yerlərdə müalicəvi xidmətlər göstərilir. Yəni, biz öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edirik ki, gözəl şərait yaradaq.

Naftalana gələnlərin arasında Azərbaycan vətəndaşları üstünlük təşkil edir. Yəni bu, əslində daxili turizmin inkişafıdır və getdikcə daha da çox Azərbaycan vətəndaşları gələcəklər. Çünki xalqımızın rifah halı, maddi vəziyyəti yaxşılaşır, işsizlik demək olar ki, aradan götürülübdür. Beləliklə, həm ölkə daxilindən, həm xaricdən buraya gələnlərin sayı çoxalacaq. Hazırda “Çinar” və “Rixos” otellərində demək olar ki, otaqların orta hesabla 70 faizi artıq doludur. Əminəm ki, burada da elə olacaq. Bəlkə də burada otaqların hamısı dolacaqdır. Əminəm ki, buraya gəlmək istəyənlərin sayı çox olacaqdır.

Biz Naftalanın infrastruktur layihələrinin icrasını da paralel olaraq həll edirik. Mən keçən il burada olmuşam. Biz içməli su layihəsinin açılışını qeyd etdik. Digər layihələr icra edilir. Bir sözlə, gözəl təbiəti olan, dağların əhatəsində yerləşən Naftalan müasir şəhərə çevrilmişdir. Buraya ilk gəlişimdə əlbəttə ki, mənzərə tam başqa idi. Onu indiki mənzərə ilə müqayisə etmək mümkün deyil. Hər yerdə belə olmalıdır. Bax, bu səviyyə Azərbaycan standartlarıdır, biz buna belə deyirik və biz bu standartları ölkəmizin hər bir bölgəsində tətbiq etməyə çalışırıq.

Bütövlükdə Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Bakıda dünyanın ən aparıcı otellər şəbəkələri fəaliyyət göstərir. Son iki-üç il ərzində Bakıda altıdan çox beşulduzlu otel tikilmişdir. Onlar həm xarici görünüşü ilə şəhərimizi gözəlləşdirir, eyni zamanda, dünyanın aparıcı otel markaları Bakıdadır. Bu da ölkəmizin ümumi inkişafını göstərir.

“Four Seasons”, “Fairmont”, “Hilton”, “Mariott” “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt”, “Radisson” – yəni, bunlar aparıcıotel şəbəkələridir ki, Bakıda fəaliyyət göstərir. Nəyə görə? Çünki investorların ölkəmizin gələcəyinə böyük inamı var. Ona görə ki, Azərbaycan inkişaf edir, gözəl işlər görülür, təhlükəsizlik tam şəkildə təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Böyük imkanlar var. Biznes imkanları genişlənir, tarixi yerlərimiz kifayət qədər çoxdur, gələnlər bizim zəngin mədəniyyətimizlə tanış olurlar. Ona görə aparıcı otel brendləri Bakıdadır və bu proses gedir. Hazırda Bakıda iki gözəl yeni otel tikilir. Birinin adı “İnturist” olacaq. Çünki əfsuslar olsun ki, bir neçə il bundan əvvəl Bakının simvollarından biri olan “İnturist” oteli sökülmüşdür. Ancaq o yerdən o qədər də uzaq olmayan bir yerdə eyni memarlıq üslubunda yeni otel tikilir, adı da “İnturist” olacaq. Yəni, biz köhnə “İnturist”i yenidən qururuq. Hazırda “Ağ Şəhər” bulvarında otaqlarının sayına görə bəlkə də Azərbaycanda ən böyük otel tikilir. İndi ictimaiyyət üçün o yerlər bağlıdır, çünki işlər gedir. Ancaq təqribən bir neçə aydan sonra “Ağ Şəhər” bulvarı açılacaq, yeni otellər fəaliyyətə başlayacaq. Bir daha demək istəyirəm ki, bu, ölkəmizin ümumi inkişafının göstəricisidir və nəinki Bakıda, Naftalanda, başqa şəhərlərdə belə gözəl əsərlər yaradılır. Siz - burada işləyənlər, əlbəttə ki, ən yüksək xidmət göstərəcəksiniz. Buna əminəm. Siz təlim keçmisiniz ki, buraya gələn qonaqlar hər şeydən razı qalsınlar.

Sizi bir daha təbrik edirəm. Sağ olun.

X X X

Daha sonra xatirə şəkli çəkdirildi.

Dövlətimizin başçısı və xanımı elektromobillə otelin ərazisini gəzdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55