İlham Əliyev Norveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

09 sentyabr 2014, 14:10

Prezident İlham Əliyev Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baard İvar Svendsenin etimadnaməsini qəbul edib.

Səfir Baard İvar Svendsen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Baard İvar Svendsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında ikitərəfli əlaqələrin ümumilikdə razılıq doğurduğunu deyən Prezident İlham Əliyev səfir Baard İvar Svendsenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında energetika sahəsində uzunmüddətli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın qeyri-enerji sektorunda da dərinləşdirilməsi üçün qarşılıqlı marağın olduğunu dedi.

Səfir Baard İvar Svendsen ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli fəal əməkdaşlığın önəmini qeyd etdi. Norveçli diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğuladı.

SƏNƏDLƏRFərmanlar23 aprel 2019
16:30
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə...

23 aprel 2019, 16:30
SƏNƏDLƏRSərəncamlar23 aprel 2019
16:25
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941-1945-ci illərdə İkinci Dünya ...

23 aprel 2019, 16:25