ABŞ-ın Nyu-Meksiko ştatının qubernatoru Susana Martinezdən
Text size
29 dekabr 2013, 12:15
Hörmətli cənab Prezident,
Nyu-Meksikalılar adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. ABŞ ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığa verdiyiniz şəxsi töhfə çox yüksək qiymətləndirilir. Xalqlarımız arasında dostluq və müttəfiqlik əlaqələri Sizin rəhbərliyinizlə daha da güclənmişdir.
Prezidentliyinizin yeni dövründə ABŞ-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində Sizinlə birgə çalışacağıma ümid edirəm.
Hörmətlə,
Susana Martinez
ABŞ-ın Nyu-Meksiko ştatının qubernatoru