İlham Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin etimadnaməsini qəbul etmişdir

16 dekabr 2013, 20:25

Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mardın etimadnaməsini qəbul etmişdir.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Malena Mard etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi.

Əməkdaşlığımızın səviyyəsinin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Ölkəmiz ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının önəmini qeyd edən dövlətimizin başçısı xanım Malena Mardın Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşacağına əminliyini bildirdi.

Səfir Malena Mard Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd etdi. Dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimi ilə bağlı keçiriləcək tədbirin əhəmiyyətini vurğulayan Malena Mard ölkəmiz ilə təmsil etdiyi qurum arasında güclü əməkdaşlıq əlaqələrinin mövcud olduğunu dedi.

SƏNƏDLƏRSərəncamlar21 may 2019
17:45
“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və...

21 may 2019, 17:45
SƏNƏDLƏRFərmanlar21 may 2019
15:55
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublik...

21 may 2019, 15:55
SƏNƏDLƏRFərmanlar21 may 2019
15:50
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2005-ci il 20 aprel tarixli 226 nömrəli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azə...

21 may 2019, 15:50