Beynəlxalq Səmt İdmanı Federasiyasının Prezidenti Brian Porteousdan
16 dekabr 2013, 14:00
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz idmanın inkişafına yüksək diqqət və qayğı göstərirsiniz. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən mühüm idman ölkəsinə çevrilmişdir. İlk Avropa Oyunlarına hazırlıq işində Sizə uğurlar diləyirəm.
Azərbaycan səmt idmanı üzrə beynəlxalq ailənin ən gənc üzvlərindən biridir. Ölkənizdə idmanın bu növü üzrə yeni yaradılmış federasiyanın əldə etdiyi uğurlardan olduqca məmnunam. Federasiya artıq dünya səviyyəli yarışlar keçirir və beynəlxalq turnirlərdə iştirak edir. Mən bunları yüksək qiymətləndirirəm.
Ən dərin hörmət və ehtiramla,
Brian Porteous
Beynəlxalq Səmt İdmanı Federasiyasının Prezidenti