İlham Əliyev Küveyt Dövlətinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

14 noyabr 2013, 17:00

Prezident İlham Əliyev Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin etimadnaməsini qəbul etmişdir.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bu münasibətlərin dostluq prinsipləri əsasında qurulduğunu dedi. Prezident İlham Əliyev ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün də geniş imkanların olduğunu dedi. Prezident İlham Əliyev Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.

Səfir Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt şahzadəsinin salamlarını dövlətimizin başçısına çatdırdı. Küveytli diplomat yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkəsinin dövlət başçısının Azərbaycan ilə əlaqələrin genişləndirilməsi işinə böyük önəm verdiyini dedi.

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt şahzadəsinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin başçısına və Küveyt şahzadəsinə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏRSərəncamlar21 may 2019
17:45
“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və...

21 may 2019, 17:45
SƏNƏDLƏRFərmanlar21 may 2019
15:55
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublik...

21 may 2019, 15:55
SƏNƏDLƏRFərmanlar21 may 2019
15:50
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2005-ci il 20 aprel tarixli 226 nömrəli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azə...

21 may 2019, 15:50