Gerb

Azərbaycan Respublikası Prezidentinin saytı Prezident İlham Əliyevin fəaliyyəti, çıxışları, səfərləri, görüşləri və qəbulları barədə bütün informasiyanın yerləşdiyi İnternet-nümayəndəlikdir. Bununla yanaşı, həmin saytın istifadəçiləri imzalanmış sənədlər, göndərilmiş məktublar və qəbul olunmuş qanunlar barədə bütün informasiyanı əldə edə bilərlər.

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytında yerləşdirilən materialların – mətnlərin, foto-şəkillərin, video və audio yazıların tam həcminin və ya onların müəyyən hissələrinin kütləvi informasiya vasitələrində, internet resurslarında və informasiya daşıyıcılarında istifadə edilməsinə məhdudiyyət qoyulmur. Bu, həmçinin, televiziya kanalları, radiostansiyalar, qəzetlər, jurnallar, elmi nəşrlər və ensiklopediyalara da(onlayn ensiklopediyalar da daxil olmaqla) şamil edilir.

Saytdakı məlumatlardan və mutlimedia materiallarından istifadə edərkən onların ilkin mənbəyi kimi Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet saytı göstərilməlidir.

Prezidentin rəsmi saytına müraciət edən hər kəs bu sayt vasitəsilə Prezidentə, onun Administrasiyasına və ya Prezidentin Mətbuat katibi xidmətinə məktub yaza bilər.

Azərbaycan Prezidentinin saytının bu versiyası 2010-cu ilin iyun ayında hazırlanmışdır. Saytın 2007-ci ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş versiyası aşağıdakı kimi idi:

Azərbaycan Prezidentinin saytının 2007-ci ilin sentyabr ayına qədər fəaliyyət göstərmiş versiyasının görünüşü isə aşağıdakı kimi idi: