Gerb President of Azerbaijan

Elçin Piriyevdən, Sumqayıt, Azərbaycan

13 fevral 2018, 16:00

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizin bütün fərman və sərəncamlarınızı böyük maraqla oxuyuram. Çünki imzalanan fərman və sərəncamlar xalqımızın rifahına xidmət edir.

Çox hörmətli Prezident, Sizin Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncamınız məni çox sevindirdi. Bu, çox gözəl, vacib və böyük savab qazandıran bir addımdır. Rəbbimiz Sizi və ailənizi qorusun. Allah Sizi başımızın üstündən əskik etməsin, bayrağımızı və xalqımızı hifz etsin. Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Piriyev Elçin Musa oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.