Gerb President of Azerbaijan

Ziya Əliyev və başqalarından, Masallı, Azərbaycan

07 dekabr 2017, 15:30

Hörmətli cənab Prezident,

Ulu öndər Heydər Əliyevin siyasi irsinə əsaslanan müdrik siyasətiniz nəticəsində Azərbaycanın beynəlxalq aləmdə  mövqeyinin daha da güclənməsi ölkə vətəndaşlarına, eləcə də Masallı rayonunum sakinlərinə sonsuz fəxarət hissi yaşadıb. Respublikamızın hər bir regionunda abadlıq və quruculuq işlərinin aparılması, sahibkarlığın inkişaf etdirilməsi ölkəmizin gündən-günə çiçəklənməsində və dövlətimizin qüdrətlənməsində mühüm rol oynayır.

Respublikamızın hər bir bölgəsi kimi, Masallı rayonu da gözəl bir diyara çevrilməkdədir. Yaşadığımız Çaxırlı kəndi fasiləsiz işıq,  qaz və içməli su ilə təmin olunub. Burada yol kənarlarına ağaclar əkilib, küçələrin işıqlandırılması üçün dirəklər basdırılıb, kəndimizi rayon mərkəzi ilə birləşdirən yola yeni asfalt döşənib.

Hörmətli cənab Prezident, ölkə həyatının bir çox sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər Sizin müdrikliyiniz, dərin intellektiniz, tükənməz enerjiniz, nadir idarəçilik bacarığınız, qətiyyətiniz və möhkəm siyasi iradəniz sayəsində mümkün  olub.

Respublikamızda hər bir sahəyə göstərdiyiniz diqqətə görə Sizə öz adımızdan və kənd sakinləri adından uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Ulu Tanrı dövlətçilik yolunda yorulmaz fəaliyyətinizdə həmişə köməyiniz olsun.

Hörmətlə,

Əliyev Ziya Şakir oğlu

Ağayev Xudayar Məhəbbət oğlu

Qurbanov Elməddin Mətləb oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Çaxırlı kəndi.